FHN Şuşada maarifləndirmə tədbiri keçirdi - FOTO
Bizi izləyin

Qarabağ

FHN Şuşada maarifləndirmə tədbiri keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi 8 aprel 2021-ci il tarixində Şuşa şəhərində yerləşən hotel binasında yenidənqurma işləri aparan müəssisənin əməkdaşları ilə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirib.

Publika.az xəbər verir ki, tədbirdə yanğın təhlükəsizliyi qaydaları, o cümlədən tikinti-quraşdırma, xüsusilə qaynaq və metalkəsmə işləri görülən zaman zəruri olan müvafiq təhlükəsizlik tədbirləri barədə məlumat verilib, suallar cavablandırılıb.

Həmçinin, iştirakçılara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının daim diqqətdə saxlanılmasının vacibliyi məsul şəxslərin nəzərinə çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm