Ruslar Ordumuzun altı karvanını müşayiət etdi
Bizi izləyin

Qarabağ

Ruslar Ordumuzun altı karvanını müşayiət etdi

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin aprelin 11-nə olan fəaliyyəti ilə bağlı məlumatında bildirilir.

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur”.

Məlumatda qeyd olunub ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin altı karvanını müşayiət edib:

“Dördü şimal və cənub istiqamətində Laçın dəhlizi ilə, bir karvan Şuşa – Qırmızı Bazar - Qacar marşrutu boyunca və biri əks istiqamətdə”.

Bildirilib ki, rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər:

“Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizləmə qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Gün ərzində 3 hektar ərazi, 3 km yol təmizləndi, 2 partlayıcı maddə tapıldı. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bu yana 1960 hektar ərazi, 605 km yol, 1 691 mənzil, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 25 484 partlayıcı maddə zərərsizləşdirilib”.

Nazirlikdən bildirilib ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm