İlham Əliyevin bu addımı bizi qürurlandırdı - Naqif Həmzəyev
Bizi izləyin

Qarabağ

İlham Əliyevin bu addımı bizi qürurlandırdı - Naqif Həmzəyev

“Dünən Hərbi Qənimətlər Parkının açılışı və bu açılışda möhtərəm cənab Prezidentimiz İlham Əliyevin iştirak etməsi bizi qürurlandırdı. Bu Parkda əks olunan eksponatlar keçmiş və uzaq tarixi deyil, 44 günlük Vətən müharibəsində yaşananları əks etdirir. Bu zəfərdə əldə edilmiş qənimətlərin bir hissəsi, hərbi texnikalar burada nümayiş olunur”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. Millət vəkili bildirib ki, eyni zamanda, ermənilərin əsl iç üzünü açıb dünya ictimaiyyətinə göstərir:

“Bu baxımdan haqqında bəhs etdiyim Parkın dəyəri və önəmi böyükdür. Biz 200 il boyunca xalqımıza və ölkəmizə qarşı törədilmiş ermənilərin soyqırımı siyasətinə cavab olaraq 44 günlük Vətən müharibəsində beynəlxalq hüquqa və qaydalara dayanaraq, əməl edərək bu qələbəni qazandıq. Bizim haqqımız çatır ki, bu qələbəni əks etdirən Hərbi Qənimətlər Parkını da açaq, soydaşlarımıza, tarixçilərə, xarici qonaqlara təqdim edə bilək. Mən düşünürəm ki, biz bu Parkı açmaqla düşmənə faşist və xəstə siyasətindən, təxəyyüllərindən əl çəkməyi öyrədəcəyik”.

Deputat deyib ki, onlar öz başlarına dəymiş dəmir yumruqdan nəticə çıxararaq bir daha belə rüsvayçı vəziyyətə düşməmək üçün Azərbaycan torpaqlarına ərazi iddialarından tamamilə əl çəkəcəklər:

“Regionda sülhü bərqərar etmək üçün mübarizə aparan Azərbaycanın yanında olduqlarını nümayiş etdirəcəklər. Azərbaycanla dostluq əlaqələrində maraqlı olacaqlar. Əks halda Ermənistanın müstəqilliyi belə şübhə altına atıla bilər. Çünki faktiki olaraq Ermənistan özünü bütün qonşularından təcrid etmiş vəziyyətdədir. Bu Parkın açılışı həm dünyaya, həm də qonşularımıza bir mesajdır”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm