Qarabağ
ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yaydılar
ATƏT Minsk qrupunun həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) bəyanatla çıxış ediblər.
Bu barədə Publika.az ATƏT-in rəsmi saytına istinadla məlumat verir.
Həmsədrlər atəşkəs rejiminin qorunub saxlanılmasını məmnunluqla qeyd edirlər və tərəflər arasında 10 noyabr 2020-ci il tarixində əldə edilən razılaşmanın (Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin üçtərəfli bəyanatı - red.) icrasını yaxından izləyirlər.
Həmsədrlər tərəflərə qalan problemli məsələlərin həlli və davamlı sülhə kömək edən qarşılıqlı etimad mühitinin yaradılması üçün əlavə səylərin göstərilməli olduğunu xatırladıblar. Bunlara, xüsusilə: münaqişə bölgələrinin effektiv şəkildə minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi ilə bağlı məsələlər; dini və mədəni irsin saxlanılması və qorunması; və münaqişədən təsirlənən icmalar arasında birbaşa təmasların və əməkdaşlığın qurulması, həmçinin insanlar arasında etimadın möhkəmləndirilməsi üçün digər tədbirlər daxildir.
Həmsədrlər həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin davam edən fəaliyyətlərinə və missiyasının mümükün genişləndirilməsinə güclü dəstəyini ifadə edir və tərəfləri onun səylərinə tam dəstək göstərməyə çağırıblar. Həmsədrlər, qiymətləndirmə aparmaq üçün bölgəyə, o cümlədən Qarabağ və ətraf rayonlara işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını vurğulayıblar. / "Trend"
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO