Hərbi Qənimətlər Parkı: 21-ci əsrin geosiyasi reallıqları
Bizi izləyin

Qarabağ

Hərbi Qənimətlər Parkı: 21-ci əsrin geosiyasi reallıqları

"Bakıda Hərbi Qənimətlər Parkının açılmasını Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə kimi qiymətləndirirəm. Səmimi şəkildə etiraf edim ki, hər zaman Bakı şəhərində "tematik parkların" yaradılması arzusunda olmuşam".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, axır ki, şəhərimizdə möhtəşəm qələbəyə həsr olunmuş möhtəşəm Park inşa olundu:

"Tarixi, şərəfli qələbəmizi özündə əks etdirən belə bir möhtəşəm Parkın yaradılmasına görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Hərbi Qənimətlər Parkı hər şeydən əvvəl Azərbaycan xalqının əldə etdiyi şanlı qələbənin göstərisidir. Müzəffər Azərbaycan Ordusunun mürəkkəb şəraitdə, ermənilərin 30 il ərzində yaratdığı müdafiə qurğularını dağıtmasının, qadağan olunmuş ballistik raketlərdən istifadə etməsinin faktlarla sübutudur. Parkı ziyarət edən hər bir vətəndaşımız və yaxud xarici qonaqlar 44 günlük Vətən müharibəsi barədə real təsəvvürlərə malik olacaq və Azərbaycan əsgərinin nəyə qadir olduğuna şahidlik edəcək. Park gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında, 21-ci əsrin geosiyasi reallıqlarının düzgün dərk olunmasında mühüm rol oynayacaq. Belə bir Parkın yaradılmasının səbəbkarları olan şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyir, qazilərimizə can sağlığı arzulayıram".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm