• USD 1,7000 0,00% EUR 2,0681 0,00%
    • GBP 2,3774 0,00% RUB 0,0230 0,00%

Paşinyandan ŞOK ETİRAFLAR: Əliyev bunu tamamilə rədd etdi

Paşinyandan ŞOK ETİRAFLAR: Əliyev bunu tamamilə rədd etdi

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Qarabağ müharibəsi və münaqişənin həlli ilə bağlı aparılan danışıqların detalları açıqlayıb.

Publika.az
xəbər verir ki, oktyabrın 19-da, müharibənin qızğın vaxtında Təhlükəsizlik Şurasının iclasındakı müzakirəni və Rusiya prezidenti Vladimir Putinlə danışığın təfərrüatlarından danışıb.

“Oktyabrın ikinci yarısında vəziyyəti təhlil edərək, “ağır güzəştlər”lə razılaşmanın lazım olduğu qərarını verdik. Bu məqsədlə parlament müxalifətinin də iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını keçirdik. İclasda prezident və bütün ermənilərin katolikosu da iştirak edirdi. Görüşdən sonra Rusiya prezidentinə zəng edərək, həmsədrlər tərəfindən dəfələrlə təklif olunan “5+2” variantı üzrə razı olduğumuzu bildirdim. Azərbaycanın qaçqınların qayıtması ilə bağlı şərtləri var idi. Bildirdim ki, bu məsələ Dağlıq Qarabağın statusunun müəyyən edilməsi prosesi ilə əlaqələndirilsə, etirazımız olmayacaq. Daha sonra Rusiya prezidenti Azərbaycan prezidenti ilə danışdı. Məlum oldu ki, Bakı Hadrutu verməkdən qəti şəkildə imtina edir, o cümlədən, Şuşa da daxil olmaqla Qarabağın statusu qaçqınların qayıtması mövzusu ilə əlaqələndirilməsini qəbul etmir. Bakı eyni zamanda, “5+2” variantını yox, yeddi rayonun hamısının eyni vaxtda qaytarılmasını tələb edir. Daha sonra isə Azərbaycan Dağlıq Qarabağın statusunun gündəliyə daxil edilməsindən qəti şəkildə imtina etdi”, - o bildirib.

Paşinyan keçmiş baş nazir Onik Qasparyanın müharibənin 4-cü günündə döyüş əməliyyatlarını dayandırmaq təklifini irəli sürdüyü haqda dediklərini təkzib edib: “Qasparyanın bu dediklərinin reallıqla heç bir əlaqəsi yoxdur. Baş qərargah rəisi bunu demədi”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
[X]
1xBet