Əliyevlə Paşinyan Moskvada razılaşıb, bu kəndlər... - Rus mənbələri AÇIQLADI
Bizi izləyin

Qarabağ

Əliyevlə Paşinyan Moskvada razılaşıb, bu kəndlər... - Rus mənbələri AÇIQLADI

Nikol Paşinyan İlham Əliyevə verdiyi vədləri yerinə yetirmədiyi üçün Bakı “əsir”ləri (diversantlar) qaytarmır.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr Rusiyadakı mənbələrinə istinadən qeyd edir ki, ortada iki məsələ var: “Birincisi, erməni qoşunlarının Qarabağ ərazisindən çıxarılmasıdır. Bu məsələ artıq həll olunmaqdadır, ona görə tələb kimi əhəmiyyətini itirib. İkinci məsələ Tavuşla bağlıdır (Qazaxın 7 kəndi). Mənbənin məlumatına görə, kəndlərin qaytarılması ilə bağlı şifahi razılaşma 11 yanvar Moskva görüşündə əldə olunub”.

Nəşr Paşinyanın seçki ərəfəsində bunu etmək istəmədiyini yazır.

Bu məsələ ilə bağlı bir neçə dəfə yazmışıq. Bakının əsas şərti üçtərəfli bəyanatın 4-cü bəndinin – qoşunların çıxarılması – yerinə yetirilməsidir. Bununla bağlı prosesin getdiyi haqda məlumatlar var. Qazaxın 7 kəndinin gündəmdə olduğu da məlumdur, lakin Paşinyanın seçki ərəfəsində buna getməsi revanşistlərin əlini gücləndirəcək. Ermənistanın daxili siyasi proseslərin də oyunçuya çevrilən Bakı da bunu istəmir.

Bu kontekstdə Tavuşun “mən nə qədər vəzifədəyəm, kəndlər qaytarılmayacaq” bəyanatını verən qubernatoru Hayk Çobanyanın vəzifədən çıxarılması, yerinə Paşinyanın ailə dostu olan Ayk Qalumyanın gətirilməsi diqqət çəkir.

Seçkidən sonra Qazaxın kəndlərinin təhvil verilməsinin şahidi ola bilərik, hələlik, seçkidə Nikolun qalib gəlməsinə köklənməliyik.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm