Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılır - Onu BU ŞƏXS əvəz edəcək
Bizi izləyin

Qarabağ

Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılır - Onu BU ŞƏXS əvəz edəcək

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbəri general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırıla bilər.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, belə bir iddia ilə Ermənistanın “Hraparak” qəzeti çıxış edib.

Nəşrin məlumatına görə, Muradovu bu vəzifədə Cənub Hərb Dairəsinin komandir müavini general-leytenant Aleksey Avdeyev əvəz edəcək.

Qəzet onu da qeyd edib ki, Avdeyev bu gün Xankədi şəhərinə gələcək və iki həftə ərzində təhvil-təslim işləri aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm