Bu, bölgədə yeni müharibəyə səbəb ola bilər - Politoloq AÇIQLADI
Bizi izləyin

Qarabağ

Bu, bölgədə yeni müharibəyə səbəb ola bilər - Politoloq AÇIQLADI

"Rusiya prezidenti Vladimir Putin müharibəyə qədər Dağlıq Qarabağ mövzusu ilə xüsusi olaraq maraqlanmırdı. Putin müharibə və ondan sonrakı dövrdə fəallaşdı, iki bəyanatın - 10 noyabr və 11 yanvarda imzalanan sənədlərin hazırlanmasını təmin etdi, üstəgəl də ən azı ayda bir dəfə Bakıya və İrəvana zəng edir, vəziyyətlə maraqlanır".

Bunu Publika.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Vladimir Putin bu gün də həm Bakıya, həm İrəvana zəng edib: "Çünki, Putinə aydındır ki, Azərbaycanla Ermənistan sərhəddində baş verənlər bölgədə yeni müharibəyə səbəb ola bilər. Bu isə Rusiyanın və şəxsən Putinin maraqlarına cavab vermir. Çünki müharibə yenidən başlayarsa Putinin vasitəçiliyinin və iki bəyanatın nəticəsiz qaldığı üzə çıxacaq, Kremlin imici yerlərdə sürünəcək. Ona görə də Putin hər dəfə tərəflərə xəbərdarlıqlarını çatdırır".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm