Sarkisyan Paşinyanın səs yazısını yaydı - Soçidə Qarabağla bağlı nə təklif veriblər?
Bizi izləyin

Qarabağ

Sarkisyan Paşinyanın səs yazısını yaydı - Soçidə Qarabağla bağlı nə təklif veriblər?

Dünən Serj Sarkisyan Paşinyana qarşı çoxdan vəd etdiyi “kompromat”ını açıqlayıb. Kompromatda söhbət Paşinyanın səs yazısından gedir. Guya 2018 - ci ildə Soçidə rəsmi tədbirdən sonra, Rusiya, Belarus və Qazaxıstan liderləri Paşinyana Dağlıq Qarabağla bağlı həll variantı təklif ediblər.

Publika.az xəbər verir ki, bu barədə Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, səs yazısında Paşinyan hadisəni kiməsə danışır, bu şəxsin kimliyi bəlli deyil:

“Bildiriblər ki, sən indi çox populyarsan, Qarabağ məsələsini həll etmək üçün tarixi şansın var”. Paşinyan isə onlardan soruşub: - Yaxşı, tarixi bir şansim varsa, Sizin dediyiniz həll yolu nədən ibarətdir? Cavab “Lavrov planı və bu plana uyğun olaraq qoşunların Qarabağdan geri çəkilməsi və s. kimi təkliflər” olub. Paşinyan isə Qarabağın statusu müəyyənləşdirilmədən bu məsələnin müzakirə oluna bilməyəcəyini deyib.

Səs yazısında Paşinyan hadisəni kiməsə danışır, bu şəxsin kimliyi bəlli deyil. Maraqlıdır kı, bu dırnaqarası kompromat Paşinyanı nüfuzdan salmır, tam əks reaksiyaya səbəb olur”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm