• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Dünyanın hərbi strategiyasını dəyişən taktika: “Azərbaycan alman ordusunu da məğlub edər”

Dünyanın hərbi strategiyasını dəyişən taktika: “Azərbaycan alman ordusunu da məğlub edər”

Azərbaycan II Qarabağ müharibəsi ilə həm də dünyanın hərbi strategiyasını dəyişdirdi. Bunu ABŞ başda olmaqla dünya ölkələri etiraf edir və Qarabağ müharibəsini təcrübə olaraq istifadə edirlər.

44 günlük müharibədə Azərbaycan Türkiyənin “Bayraktar”, İsrailin “Harop” PUA-lardan effektiv istifadə etdi və qazandığı Zəfərlə həm 30 illik işğala son qoydu, həm də dünyanın hərb elminə yeni təcrübə qazandırdı.

Qarabağ müharibəsindən sonra Almaniyada hərbi arsenalı və döyüş strategiyasının dəyişdirməklə bağlı gedən müzakirələr bunu bir daha təsdiqləyir.

Almaniyanın Strateji Araşdırmalar Mərkəzi (GIDS) II Qarabağ müharibəsini araşdıraraq, alman ordusunun müasir döyüş taktikasına – pilotsuz təyyarələrə qarşı müdafiəsinin lazımi səviyyədə olmadığı qənaətinə gəlib.

Almaniyanın Hərbi və Strateji Araşdırmalar İnstitutunun müasir müharibə və yeni texnologiyalar üzrə mütəxəssisi polkovnik-leytenant Mixael Karl bildirir ki, Bundesver (alman ordusu) hazırda Azərbaycanla döyüşsəydi, çətin qələbə qazanardı.

“Azərbaycan “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin və digər dronların köməyi ilə Almaniya ordusunu da məğlub edərdi. Pilotsuz təyyarələrə və kamikadze dronlarına qarşı özümüzü yetərincə müdafiə edə bilməzdik. Təkcə hava hücumundan müdafiə ilə nəsə etmək mümkün deyil”, - o bildirib.

Onun sözlərinə görə, Türkiyə istehsalı olan “Bayraktar TB2” və “Kargu-2” kimi pilotsuz təyyarələr həm döyüş meydanında, həm də PUA sahəsində liderdir.

“Müasir müharibələrdə sağ qala bilmək üçün yeni texnologiyalara, son texnologiyalara əsaslanan müharibə alətlərinə sahib olmaq lazımdır. Almaniya ordusu bu sahədə o qədər də pis hesab edilməz, amma gələcəyin müharibə texnologiyaları çox sürətlə inkişaf edir və bu texnologiyalarla ayaqlaşmaq çətindir. Alman ordusu bu sürətlə ayaqlaşa bilməlidir”, - Karl bildirib.

Göründüyü kimi, beynəlxalq ekspertlər Azərbaycanın II Qarabağ müharibəsində tətbiq etdiyi strategiya ilə hətta Almaniya ordusunu belə məğlub edə biləcəyini deyirlər.

Dünyanın hərbi strategiyasını dəyişən bu taktika iki kontekstdə də əhəmiyyətlidir.

Birincisi, müharibəni daha az itki ilə aparmaqdır. Ermənistanın 30 il ərzində işğal edilmiş ərazilərdə qurduğu istehkamlar məhz PUA-ların tətbiqi taktikası ilə darmadağın etdi.

İkincisi, hava hücumundan müdafiə sistemlərinin, o cümlədən, digər zirehli texnikaların asanlıqla məhv edilməsinə imkan verir.

II Qarabağ müharibəsi bunu sübut etdi.

Asif Nərimanlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR