• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Milli qurtuluşumuz zəfərə çevrilib - RƏY

Milli qurtuluşumuz zəfərə çevrilib - RƏY

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə işğaldan azad olunan ərazilərimizə səfər ediblər və orada həyata keçirilən bərpa, yenidənqurma işlərini şəxsən nəzarətdə saxlayırlar. Ölkə başçısı Qarabağa qayıdış proqramının qüsursuz və daha çevik həyata keçirilməsi üçün lazımi göstəriş və tapşırıqlarını verir. Cənab Prezidentin Füzuli rayonuna növbəti səfəri zamanı bizim üçün əhəmiyyətli olan Əhmədbəyli-Füzuli-Şuşa yolunun inşası prosesi ilə, bu avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunellə, həyata keçirilən yeni layihələrin icrası, inşası tamamlanan “Füzuli” və “Şükürbəyli” yarımstansiyaları ilə yaxından tanış olması ölkə başçısının Qarabağda icra olunan layihələrin sürətli və keyfiyyətli həyata keçirilməsində maraqlı olduğunu göstərir. Bu səbədən də mütəmadi olaraq bu işləri şəxsən nəzarətdə saxlayır.

Bunu Publika.az-a millət vəkili Naqif Həmzəyev deyib.

N.Həmzəyev işğaldan azad olunmuş ərazilərdə icra edilən nəqliyyat infrastrukturu layihələrinin, Qarabağda aparılan bərpa və quruculuq işlərinin önəmindən danışıb: “Füzuli rayonu ərazisində beynəlxalq hava limanının inşası həyata keçirilir. Bu hava limanı önəmli nəqliyyat şəbəkəsi rolunu oynayacaq. Bütün xətlər burada birləşəcək, eyni zamanda Qarabağın digər yerlərinə buradan səfər etmək çox rahat olacaq. Həmçinin Zəngəzur dəhlizi də fəaliyyətə başladıqdan sonra bura beynəlxalq əhəmiyyətli nəqliyyat habına çevriləcək. Bu baxımdan da Füzulidən Şuşaya uzanan Zəfər yolunun inşasının sürətli həyata keçirilməsi, çətin relyefə malik olan bu ərazilərdə tunellərin inşası bu yolu daha da əlçatan edəcək. Həmçinin burada iqlim şəraitinin ağır olduğunu, qış aylarının sərt keçdiyini unutmamalıyıq. Bu baxımdan burada əlverişsiz hava şəraitində də istifadəsi mümkün olan yolun inşası vacibdir”.

Deputat Qarabağda həyatın bərpa olunması üçün enerji layihələrinin icrasının, işğaldan azad olunan bütün ərazilərimizin enerji ilə təminatının vacibliyini vurğulayıb: “Yeni tikilən “Füzuli” və “Şükürbəyli” yarımstansiyaları ilkin olaraq buranın enerji təminatını ödəyəcək. Lakin daha sonra hədəfimiz burada alternativ enerji mənbələrindən istifadə etməkdir ki, enerji əldə edib yaşayış obyektlərinin və digər mühüm müəssisələrin enerji ilə təminatını həyata keçirək”.

N.Həmzəyev həmçinin ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağda görüşünün əhəmiyyətindən danışıb: “Cənab Prezident İlham Əliyev bir gün öncədən Qarabağa getdi və Ərdoğanı orada qarşıladı. İlk dəfə olaraq xarici ölkə liderinin Qarabağa səfəri baş tutur. Bu, tarixi andır. Əgər bu gün Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdırsa, Ərdoğanın səfərindən sonra Şuşanın türk dünyası və İslam aləmi üçün dəyəri daha da artacaq. Yaxın dövrdə biz Şuşanın türk dünyasının mədəniyyət və turizm paytaxtına, oyanış mərkəzinə çevriləcəyinin şahidi olacağıq. Biz sevinirik ki, Milli Qurtuluş Gününü ölkə başçımız Türkiyə Prezidenti ilə Qarabağda qeyd edir. Bu o deməkdir ki, Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan milli qurtuluşumuz bu gün tərəqqiyə, inkişafa və zəfərə çevrilib”.

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR