Bu, əsl qardaşlıq nümunəsidir - Azər Badamov
Bizi izləyin

Qarabağ

Bu, əsl qardaşlıq nümunəsidir - Azər Badamov

"Ermənilər torpaqlarımızı işğal etməklə ancaq insanlığa qarşı terror törətməyiblər. Onlar həm də ekoloji terroru da davam etdiriblər. Torpaqlarımız işğaldan azad ediləndən sonra müşahidə edirik ki, bu ünsürlərdə düşmənçilik ruhu sonsuz olub".

Bu fikirləri Publika.az-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, ermənilər şəhər və kəndlərimizi xarabalığa çeviriblər, ərazilərimizi xaotik minalalayıblar, meşələrimizi məhv ediblər və su resurslarımızı bioloji silaha çeviriblər:

"Qarabağın su resursları ermənilərin işğalı altındakı ərazilərimizdə yerləşirdi. Ermənilər bu ərazilərimizdəki çayları və su anbarları da terror silahına çevirmişdilər. Çayların qabağı kəsilmiş, su anbarlarındakı suyu isə qışda lazım olmayanda böyük həcmdə buraxaraq daşqınlar yaratmış, mövsümü vaxtlarda isə qabağını kəsərək süni quraqlıq yaratmışdılar. Ona görə də torpaqlarımız erməni işğalı altında olduğu dövrdə bu ərazilər quru səhraya dönmüşdü. İndi isə ərazilərimizi azad etməyimiz bu ərazilərdə yaşayan canlı aləmin yenidən həyata qayıtmasına şərait yaradıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş ərazilərimizə tez-tez səfərlər edir. Səfərlər çərçivəsində aparılan yenidənqurma və bərpa işlərinə baxış keçirilir və öz tapşırıqlarını verilir".

A.Badamov Qarabağda icra olunan yenidənqurma və tikinti işləri bağlı olaraq bildirib ki, bu proseslər işğaldan azad olunan ərazilərimizə qayıdışı daha da sürətləndirəcəkd:

"Cənab Prezident 14 iyunda Füzuli rayonuna səfəri çərçivəsində "Füzuli" və "Şükürbəyli" elektrik yarımstansiyalarının açılışını etdi, o cümlədən Füzuli su anbarına baxış keçirərək işğaldan azad olunmuş ərazilərdə olan su ehtiyatlarının su balansını yaratmağına tapşırıq verdi. Su həyat deməkdir. İşğaldan azad olunmuş ərazilərimizdəki su ehtiyatlarından səmərəli istifadə 100 min hektarlarla ərazilərimizin suvarılmasına şərait yaradacaqd. Həm də işğaldan azad olunmuş ərazilər yaşıl enerji zonasına çeviriləcək. Geniş şəkildə günəş və külək enerjisinin istehsalı sahələri, çayların üzərində yeni su elektrik stansiyaları inşa ediləcək. Ümumiyyətlə, işğaldan azad olunan ərzilərdə istehsal olunan elektrik enerjisi həm bu ərazilərin təminatına, həm də ölkəmizin elektrik enerjisi potensialının artırılmasına xidmət edəcək".

Millət vəkili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərinin siyasi əhəmiyyətindən də danışaraq qeyd edib ki, bu, əsl qardaşlıq nümunəsidir:

"Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur. Türkiyə hər zaman Azərbaycanın yanında olub və torpaqlarımızın işğalda olduğu dövrdə ölkəmizin haqq səsinin ucalmasına beynəlxalq platformalarda dəstək verib. Ərdoğan Şuşaya səfər etməklə dünyaya qardaşılğımızı və bir millət olduğumuzu bir daha sübut etdi. Türkiyə dövlət başçısının bu səfəri Qarabağ torpaqları ilə bağlı revanşist bəyanatlar yayan ermənilərə dəstək verənlərə bir mesajdır. Yəni bu o deməkdir ki, kimsə Azərbaycana təzyiq göstərməyə cəhd edərsə, söhbəti Türkiyə ilə edəcək və Azərbaycan tək deyil deməkdir. Bu səfər regionda təhlükəsizliyin və uzunmüddətli sülhün bərqərar olmasına yol açacaq.

Səfər çərçivəsində bir çox sənədlər imzalandı ki, bu sənədlərin adı Şuşa ilə bağlıdır. İmzalanan Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsidir. Bu da ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Düşünürəm ki, imzalanan sənədlərin əhatə dairəsi çox genişdir. Bu, bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan bir-birinə daha da çox yaxınlaşırlar. İşğaldan azad olunmuş ərazilərin yenidənqurulmasında Türkiyə birinci yerdə iştirak edir.

Milli Qurtuluş Günündə Türkiyə Prezidentinin Şuşaya səfəri bayramımıza bayram qatdı. 1993-cü ilin 15 iyununda xalqın təkidi və tələbi ilə Ümumimilli lider Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycanı qurtuluşdan tərəqqiyə aparmışdırsa, bu gün Heydər Əliyevin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkəmiz tərəqqidən zəfərə yüksəlib. 2021-ci ilin 15 iyunu isə Türkiyə və Azərbaycan Prezidentlərinin işğaldan azad olunmuş ərazilərimizə yenidən ruh qaytarılan günün başlanğıc tarixi kimi yazılacaq".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm