Koçaryan üçün Qarabağdan gedənlərin biri öldü
Bizi izləyin

Qarabağ

Koçaryan üçün Qarabağdan gedənlərin biri öldü

18 iyun tarixində Qarakilsə yaxınlığında qəzaya uğrayan qarabağlılarla bağlı yeni detallar məlum olub.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, erməni mediası bu şəxslərin İrəvanda Robert Koçaryanın mitinqinə qatılmaq üçün getdiklərini bildirib.

Bu gün qəzaya düşənlərdən biri – 44 yaşlı Samvel Manqasaryanın xəstəxanada öldüyü açıqlanıb.

Qeyd edək ki, 18 iyunda Qarabağdan İrəvana gedən avtobus Zəngəzur (Sünik) mahalının Qarakilsə (Sisyan) rayonunun Saybalı (Sarnakunk) kəndi ərazisində qəzaya uğramış, 5 nəfər ağır yaralanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm