Putin Paşinyanla Qarabağı MÜZAKİRƏ ETDİ
Bizi izləyin

Qarabağ

Putin Paşinyanla Qarabağı MÜZAKİRƏ ETDİ

Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında baş tutan telefon söhbətində Qarabağla bağlı razılaşmaların icrasına da toxunulub.

Publika.az xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.

Bildirilib ki, Rusiya lideri Paşinyanı rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının erkən seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

“Dağlıq Qarabağla bağlı fikir mübadiləsi zamanı Rusiya, Ermənistan, Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli razılaşmalarının davamlı həyata keçirilməsinin vacibliyi vurğulanıb. Rusiya tərəfi regionda sabitliyi təmin etmək üçün hərtərəfli vasitəçilik səylərini davam etdirəcək” – məlumatda qeyd olunub. / "Report"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm