Muradovdan KRİTİK AÇIQLAMA: Silahlı münaqişəyə xitam verilməsi...
Bizi izləyin

Qarabağ

Muradovdan KRİTİK AÇIQLAMA: Silahlı münaqişəyə xitam verilməsi...

"Rusiya tərəfi silahlı münaqişəyə xitam verilməsi barədə üçtərəfli razılaşmanın müddəalarının həyata keçirilməsini təmin etmək üçün çalışmağa davam edəcək".

Publika.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov deyib.

O, jurnalistlərə iki bölgənin minalanmış ərazilərinin xəritələrini şəxsən Bakıda Azərbaycan tərəfinə təhvil verdiyini söyləyib.

Xatırladaq ki, Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib.

Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm