Bakıdakı mənbələr “Kommersant”a danışdı: Yeni hərbi qarşıdurma riski yaranır, Əliyevlə Putin...
Bizi izləyin

Qarabağ

Bakıdakı mənbələr “Kommersant”a danışdı: Yeni hərbi qarşıdurma riski yaranır, Əliyevlə Putin...

“Kommersant” nəşri Prezident İlham Əliyevlə Vladimir Putinin Moskva görüşündən yazıb.

Publika.az
xəbər verir ki, nəşr Avropa İttifaqının Qarabağla bağlı vasitəçilik etmək istəyinin Bakıda narazılıqla qarşılandığını qeyd edir.

“Prezident Əliyevlə Prezident Putin Moskvada Qarabağa dair gələcək sülh razılaşmalarını müzakirə edib. Bu razılaşmaların pozulması təhdidləri müşahidə olunur”, - məqalədə bildirilir.

Nəşr Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfərindən sonra “Dağlıq Qarabağın statusu” məsələsini gündəliyə daşıdığını, Bakıdan isə bunun riskli və yanlış olduğu reaksiyasının verildiyini yazır.

“İyulun əvvəlində Moskvada baş tutan Putin-Paşinyan danışıqlarında status məsələsi yada salınmadı. Putin-Əliyev görüşündə eyni yanaşma müşahidə olundu. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin regiona səfəri isə vəziyyəti bir qədər də gərginləşdirdi. Mişel İrəvanda Paşinyanla görüşdə “Qarabağın statusuna baxılması” barədə danışdı və bildirdi ki, Avropa İttifaqı münaqişənin nizamlanmasında vasitəçilik etmək istəyir”, - nəşr yazır.

“Kommersant” Bakıdakı mənbəsinə istinadən yazır ki, Aİ-nin bu yanaşması Azərbaycanı hiddətləndirib.

“Status məsələsi münaqişənin həllindən sonra bölgədən kənarda qalan Fransa və Avropa İttifaqının Cənubi Qafqaza giriş biletidir. Bu, ciddi risklər yaradır. Bakı üçün statusdan bəhs etmək qıcıqlandırıcıdır. Sərhədlərin delimitasiyası prosesinin getdiyi vaxt status məsələsinin gündəmə gətirilməsi yeni hərbi qarşıdurma təhlükəsini yaradır”- mənbə qeyd edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm