Azərbaycan ordusu döyüşə tam hazır vəziyyətdədir - Politoloq
Bizi izləyin

Qarabağ

Azərbaycan ordusu döyüşə tam hazır vəziyyətdədir - Politoloq

Ermənilər atəşkəsi pozmaqla və sərhəddə təxribatlar törətməklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərini Azərbaycanla münaqişəyə cəlb etmək istəyir.

Bunun Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Ermənilər baş verənlərdən nəticə çıxarmayıb: “Ermənistan tərəfinin bu cür istəkləri nəzərə alınmayıb, alınmayacaq da. Çünki sərhəddə atəşkəsi pozan tərəf ermənilərdir. Bu, Ermənistanda olan siyasi anarxiyayla və Qarabağ klanının hərəkətləriylə də bağlıdır. Atəşkəsin pozulmasında Ermənistanda yerləşən beşinci kolonun əli olduğu qeyd edilir. Son zamanlar ermənilər Naxçıvan və bütövlükdə sərhəd boyunca atəşkəs rejimini tez-tez pozur. Xüsusən, Kəlbəcər rayonunda bu kimi hallar intensivləşib. Bu hadisələr nəticəsində gizirimiz şəhid oldu, Azərbaycan Ordusunun səbri tükəndi və Ermənistan tərəfinin də itkiləri oldu. Azərbaycan Ordusunun sərt cavabından sonra ermənilər yenidən “Dəmir yumruq” əməliyyatını xatırladılar. Ermənistan ordusunda ciddi kadr dəyişikiliyi edilir. Nikol Paşinyan hələ də öz hökümətini formalaşdıra bilməyib. Bu səbəblərə görə həm sülh müqaviləsinin imzalanması, həm də demarkasiya və delimitasiya işlərinin davam etməsi geçikir. Ümumiyyətlə, Ermənistanın davranışları Vətən müharibəsindən əvvəlki hərəkətlərə bənzəyir”.

Q.Hüseynli bildirib ki, Əgər Ermənistan tərəfi 3 tərəfli razılaşmanın qaydalarına əməl etməsə, Azərbaycan Ordusu ilə qarşı-qarşıya gələ bilər: “Paşinyanın özü də qeyri-konstruktiv rol oynamağa başlayır. Prezident İlham Əliyev qeyd etdi ki, biz bütün situasiyalara hazırıq. Əgər Ermənistan tərəfi “Dəmir yumruq” əməliyyatını yenidən yaşamaq istəyirsə, biz bunu etməyə qadirik. Keçirilən təlimlər və Prezident İlham Əliyevin verdiyi göstərişlər əsasında Azərbaycan ordusu döyüşə tam hazır vəziyyətdədir. Gündəlik keçirilən təlimlərdə də döyüş hazırlığı səviyyəsini də yüksəldirlər. Moskvada Vladimir Putin ilə həm İlham Əliyev, həm də Nikol Paşinyan görüş keçirdilər. Bu danışıqların nəticəsindən ölkə Prezidenti İlham Əliyev xeyli razıdır. Azərbaycan tərəfi Ermənistanın sərhəddə yaratdığı gərginliklə bağlı Rusiya tərəfini xəbərdar edib. Biz danışıqlar prosesinə sadiqik və bu prosesin yeni bir mərhələsi Moskvada baş tuta bilər. Ermənistan sülh danışıqlarına hazır olduqlarını qeyd edib, amma Qarabağın statusu məsələsinin həll olunmasını şərt kimi irəli sürüb. Azərbaycan tərəfi birmənalı olaraq status məsələsini bitirib və bu haqda heç bir müzakirə aparmayacaq”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm