• USD 1,7000 0,00% EUR 1,9961 +0,31%
    • GBP 2,3335 +0,63% RUB 0,0234 +0,43%

Diaspor nümayəndələrinin Şuşaya səfəri davam edir - FOTO (YENİLƏNDİ)

Diaspor nümayəndələrinin Şuşaya səfəri davam edir - FOTO

Azərbaycan diaspor nümayəndələrinin “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan Şuşa səfəri davam edir.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a bildirilib ki, səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində erməni vandalizminə məruz qalmış və bu il yenidən Şuşaya qaytarılan “Güllələnmiş heykəllər”in olduğu meydanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, eləcə də “Xarı bülbül” otelini ziyarət ediblər. Diaspor nümayəndələrinə Şuşanın çoxəsirlik tarixi, zəngin mədəniyyət abidələri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanda olan bir qrup diaspor nümayəndəsinin Şuşaya səfərini təşkil edib.

xxx

11:28

Sərhədlərin açılması xaricdə yaşayan onlarla soydaşlarımızın yay tətilini Azərbaycanda keçirməsinə şərait yaradıb. Diaspor nümayəndələrinin eyni vaxtda vətəndə olmalarını nəzərə alaraq Diasporla İş üzrə Dövlət Komitəsi onların Şuşaya səfərlərini təşkil edib.

Komitədən Publika.az-a verilən məlumata görə, “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən biridir.

Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşudbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət edəcəklər.

Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə soydaşlarımıza geniş məlumat veriləcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR