Qarabağ
Alman kəşfiyyatı "patı" ilə bağlı ŞOK FAKTLARI AÇDI: Xankəndidə hazırlanır/VİDEO
Video əlavə olunub.
xxx
Son günlər "patı" bəlası əsas müzakirə mövzularından biridir. Bu məhsulun ölkə daxilində istehsal edilməsi ilə bağlı da müxtəlif fikirlər var.
Publika.az xəbər verir ki, Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin Almaniya hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycanda bəlaya çevrilən "patı" Xankəndidə hazırlanır.
"Bəllidir ki, "patı" problemi ölkəmizdə hamımızın bəlasına çevrilib. Bununla bağlı əldə etdiyim və şok effekt yaradan məlumatı diqqətinizə çatdırıram!
Alman hökumətindəki mənbələrdən əldə etdiyim məlumata görə, Azərbaycanda bəlaya çevrilən "patı" Xankəndidə hazırlanır. Alman kəşfiyyatı bununla bağlı dəqiq informasiya əldə edib. Ermənilər 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncliyinin döyüş ruhu qarşısında rüsvayçı şəkildə məğlub olduqlarını həzm edə bilmirlər. Bu səbəbdən də gəncləri zəhərləməklə qisas almaq planını işə salıblar.
Mənbənin bildirdiyinə görə, Xankəndidə "patı" istehsal edib Azərbaycana ötürürlər. Bunu isə İran vasitəsilə həyata keçirirlər. Əvvəllər bunun istehsalını Zəngilanda həyata keçirirmişlər. Zəngilan işğaldan azad edildikdən sonra isə bu işi Xankəndidə davam etdirirlər.
Qeyd olunur ki, Xankəndiyə xarici ölkələrdən tez-tez maşınlar gəlir, bəzi hallarda nömrələr dəyişdirilir. "Patı" işini Ermənistan hakimiyyəti ilə İran rejimi birgə həyata keçirərək Azərbaycan gənclərini məhv edir.
Mən Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidməti rəhbərliyinə müraciət edirəm. Bu bəlaya qarşı birlikdə mübarizə aparaq. Xankəndidə hazırlanıb İran vasitəsilə Azərbaycana ötürülən bu bəlaya qarşı müharibə elan edək", - R.Quliyev qeyd edib.
-
Nida Xəbər 17:37
AMEA-nın nəzdindəki muzey nazirliyə verildi
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı