Ermənilər Qarabağa qayıtmamağa qərar verdi
Bizi izləyin

Qarabağ

Ermənilər Qarabağa qayıtmamağa qərar verdi

Müharibə vaxtı Qarabağdan Ermənistana gedən ermənilər geri qayıtmırlar.

Publika.az
xəbər verir ki, Ermənistan hökuməti geri qayıtmayan ermənilərlə bağlı proqramların icrasına başlayıb.

“Qarabağ əməliyyat qərargahı”nın sədr müavini Sasun Savadyan bildirib ki, artıq Qarabağdan gələn ermənilərin Ermənistanda yaşamaq məsələsinin həlli ilə bağlı işlərə start verilib.

Bununla yanaşı, Ermənistan hökuməti bu ermənilərin mənzil məsələsinin həll ediləcəyi vədini də verib.

Bu fakt müharibə vaxtı Ermənistana gedən ermənilərin Qarabağa qayıtmayacağını təsdiqləyir. Hazırda Qarabağda 25 minə yaxın erməni yaşayır. Məlumatlara görə, qayıdan ermənilər tədricən bölgəni tərk edərək, Ermənistana köçür.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm