• USD 1,7000 0,00% EUR 1,9944 +0,16%
    • GBP 2,3239 -0,28% RUB 0,0232 0,00%

Qarabağdakı separatçılar təcili tərskilah olunmalıdırlar - Politoloq

Qarabağdakı separatçılar təcili tərskilah olunmalıdırlar - Politoloq

Azərbaycan Müdafiə Nazirliyinin bugünkü açıqlamasında Rusiyanın imzaladığı bəyanatlara riayət etmədiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin olunmadığı, yeni erməni postlarının yaradılmasına şərait yaradıldığı vurğulanıb. Başqa sözlə, Azərbaycan Müdafiə Nazirliyi də etiraf edib ki, Rusiya Ermənistanla birgə bəyanatın müddəalarını pozur. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasının son cümləsi belədir: “Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır”.

Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Qarabağdakı separatçılar təcili tərskilah olunmalıdırlar:

“Bu açıqlama havada qalmamalıdır. Açıqlamada yazıldığı kimi “Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaqdır” cümləsinin reallaşdırılması mexanizmləri hərəkətə gətirilməlidir. Laçın dəhlizi nəzarətə götürülməli, Qarabağdakı separatçılar tərskilah olunmalıdırlar - bunun başqa alternativi yoxdur”.

Aytən Məftun

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR