Qarabağ
İşğaldan azad edilmiş əraziyə keçmək istəyənlər həbs edildi - FOTO
İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publika.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində Zəngilan rayon sakini Vüsal Cəfərovun idarə etdiyi nəqliyyat vasitəsi prosedur qaydalarına uyğun olaraq yoxlama məqsədi ilə kommendant postunda saxlanılıb.
V.Cəfərov saxlanılan zaman polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq avtomobilə baxış keçirilməsinə mane olmağa çalışıb. V.Cəfərovun bu hərəkətlərini qarşısı alınıb, avtomobilin yük yerinə keçirilən baxış zamanı qohumu Rauf Cəfərovu orada gizlədərək qeyri-qanuni şəkildə işğaldan azad edilmiş ərazilərə keçirtməyə çalışdığı müəyyən edilib.
Hər iki şəxs saxlanılaraq Cəbrayıl RPŞ-yə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq edilib.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı sürücü V.Cəfərov 15, qohumu R.Cəfərov isə 10 sutka müddətinə inzibati qaydada həbs edilib.
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...