Separatçılar bu gün təxribata əl ata bilərmi? – Deputat AÇIQLADI
Bizi izləyin

Qarabağ

Separatçılar bu gün təxribata əl ata bilərmi? – Deputat AÇIQLADI

Qarabağdakı qanunsuz silahlı birləşmələr bu gün özlərinin “müstəqillik” günlərinin “ildönümü”nü qeyd edəcəklərini bir neçə gün öncə bəyan etmişdilər. Təbii ki, onlar bu addımla Qarabağda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlıların kölgəsində gizlənərək təxribatçı addımlar atmağa cəhd göstərmək istəyirlər. Digər tərəfdən, rəsmi Bakını qıcıqlandırmağa çalışırlar.

Bəs separatçı ermənilər hansısa təxribatlar törədə bilərmi? Təxribat baş verərsə, bunun qarşısını kim alacaq?

Deputat Rasim Musabəyov Publika.az-a açıqlamasında söyləyib ki, separatçılar Qarabağda təxribat törədə bilməzlər:

“Onlar indi hər hansı bir təxribat törətmək iqtidarında deyillər. Çünki bunun üçün potensialları yoxdur. Dəmir yumruğumuzla onların başından elə vurmuşuq ki, çətin ki, indi hansısa təxribat haqqında düşünsünlər. Belə bir hala cəhd edərlərsə, cavablarının çox sərt formada veriləcəyini bilirlər. Ermənilər indi matəm içərisindədirlər, yas saxlayırlar. Ona görə də heç bir təxribat törətməyəcəklər. Ola bilsin ki, Ermənistandan 3-4 nəfər hansısa dığa gələcək, vəssalam. Amma Ermənistandan hər hansı bir yüksək vəzifəli şəxs cəsarət edib bu kimi “tədbirlərdə” iştirak etməyib və etməyəcək də. Çünki biz rusiyalı vasitəçilərə öz xəbərdarlığımızı etmişik, İrəvandan kimlərsə orada görsənməsin. Separatçılar bu gün atəş aça, təxribat törədə, hansısa yaramaz iş görə bilməzlər”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm