Laçındakı təlimlərin siyasi ismarışı budur – Musabəyov açıqladı
Bizi izləyin

Qarabağ

Laçındakı təlimlərin siyasi ismarışı budur – Musabəyov açıqladı

Ötən gündən başlayaraq Laçın rayonunda Azərbaycan və Türkiyə hərbçiləri birgə hərbi təlimlərə başlayıblar.

Bir çox yerli və xarici ekspertlər hesab edir ki, Bakı və Ankaranın razılaşdırdığı bu təlimlərin hərbi, siyasi mesajları var. Bəs bu ismarışlar nədən ibarətdir?

Milli Məclisin deputatı Rasim Musabəyov Publika.az-a açıqlamasında söyləyib ki, Azərbaycan və Türkiyə demək olar ki, mütəmadi şəkildə təlimlər aparır:

“İlin əvvəlindən bu günə qədər 10-cu belə bir təlim keçirilir. Bu təlimlər həm Azərbaycan, həm də Türkiyə ərazisində baş tutub. Xüsusi qeyd etmək istərdim ki, Azərbaycanın Naxçıvan bölgəsində də bu cür təlimlər gerçəkləşib. Laçında keçirilən təlimlərin müəyyən hərbi əhəmiyyəti ilə yanaşı, siyasi ismarışı da var. Həmin mesaj ondan ibarətdir ki, Azərbaycan və Türkiyə çiyin-çiyinə durublar. Bunu davam etdirirlər. Baxın, bütün ölkələr Əfqanıstandan öz qoşunlarını çıxardıqları halda, Azərbaycan və Türkiyə əsgərləri son məqama qədər Kabil Hava Limanını qorudular. Orada nəzarəti həyata keçirdilər. Bu, bizə də bir mesajdır. Azərbaycan və Türkiyə hərbçilərinin bu addımı NATO tərəfindən də çox yüksək qiymətləndirildi.

Dünəndən etibarən Laçında başlayan təlimlər Naxçıvanda aparılan təlimlərlə yanaşı, onu deməyə əsas verir ki, burada əsas güc sahibi Azərbaycan Ordusudur. Baxmayaraq ki, Rusiyanın sülhməramlı kontingenti Qarabağın ermənilər yaşayan hissəsində nəzarəti həyata keçirir, bu o deməkdir ki, burada güc sahibi Azərbaycan Ordusu və onunla çiyin-çiyinə duran türk əsgərləridir. Düşünürəm ki, bu ismarış həm Ermənistan, həm də Rusiya tərəfindən adekvat şəkildə qiymətləndirilir. Təkrar edirəm, biz öz ərazimizdə öz müttəfiqlərimizlə istədiyimiz təlimləri istədiyimiz formada keçirmişik və keçirəcəyik”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm