Qarabağ
Xankəndidə separatçıların “generalı” qaçır: Azərbaycan əsgəri yaxınlıqdadır
Qarabağda separatçı-terrorçuların ətrafında çəmbər daralır, xüsusilə Laçın dağlarındakı təlimlər – Türkiyənin işğaldan azad olunmuş ərazilərə gəlişi ruslara da, ermənilərə də siqnal oldu.
Separatçı-terrorçu rejimin qondarma “müdafiə naziri” Mikael Arzumanyanın istefa ərizəsini qondarma “rəhbəri” Araik Arutyunayana təqdim etməsi təsadüfi deyil.
Mikael qanunsuz erməni hərbi birləşmələrin bölgədən çıxarılması zamanı “nazir” kimi qalmaq və qovulmuş “general” olmaq istəmir. Araik Mikaelin ərizəsini qəbul etməkdən imtina edib, lakin onun qaçacağı istisna deyil.
Separatçılar ruslara da etibar edə bilmirlər: Rusiya hökumətinin ticarət sahəsi üzrə vahid informasiya sisteminin rəsmi saytında məlum “Dağlıq Qarabağ Respublikası” ifadəsinin Bakının etirazından sonra silinməsi və “Azərbaycan Respublikası” olaraq qeyd olunması ermənilərin narahatlığını artırıb.
Rusiya bu cür “texniki səhvlərlə” Bakının etiraz həddini yoxlayır: həm mesaj verir, həm də istəklərini almaq üçün təzyiq aləti olaraq istifadə edir. Bu yanaşma separatçı-terrorçuların dəstəklənməsinə də aiddir və istəyini aldıqdan sonra onların təmizlənməsinə göz yumacaq.
Görünür, Mikael Arzumanyan proseslərin inkişaf istiqamətini indidən anladığı üçün getmək niyyətindədir.
Asif Nərimanlı
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA