Xankəndidəki erməni radiosu bağlandı: Azərbaycan imkan vermir
Bizi izləyin

Qarabağ

Xankəndidəki erməni radiosu bağlandı: Azərbaycan imkan vermir

İşğal dövründə Qarabağda qanunsuz fəaliyyət göstərən Ermənistanın “Avrora radiosu” fəaliyyətini dayandırır.

Publika.az
xəbər verir ki, işğal dövründə radionun ofislərindən biri Şuşada yerləşib. Müharibədən sonra çıxmağa məcbur olublar.

Radionun direktoru Mikael Canpoladyan bildirir ki, müharibədən sonra yayım problemi ilə də üzləşiblər.

“Azərbaycan siqnalın qarşısını aldığı üçün yayımı həyata keçirmək artıq mümkün deyil. Deməliyəm ki, artıq Şuşadakı ofisimizi itirdik. İndi bizdən fəaliyyət üçün lisenziya pulu istəyirlər (separatçı-terrorçu rejimi nəzərdə tutur - red), lakin biz orada gələcək görmürük. Ona görə də əlavə pul itirməmək üçün fəaliyyətimizə son qoyuruq”, - o qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm