Qarabağ
Şəhidlik zirvəsinə ucalan gömrükçünün xatirəsi yad edildi
Bu gün gömrük əməkdaşları Anım Günü münasibətilə İkinci Fəxri xiyabanı ziyarət edib.
Gömrükçülər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin məzarına əklil qoyulub, xatirəsini ehtiramla yad ediblər.
Xiyabanda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət edilib, bütün şəhidlərimizin xatirəsinə ehtiram ifadə olunub.
Sonra gömrük əməkdaşları Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin inzibati binasına gələrək, burada Ülvi Hacıyevin xatirəsinə ucaldılmış büstün qarşısına əklil qoyublar.
Anım mərasimində Ülvi Hacıyevin həyat yolu barədə məlumat verilib, onun bütün gömrük əməkdaşları üçün vətənpərvərlik nümunəsi olduğu və xatirəsinin daim yaşadılacağı vurğulanıb.
26 yaşında şəhidlik zirvəsinə ucalan Ülvi Hacıyev Vətən müharibəsinə könüllü yollanıb. Füzuli, Cəbrayıl, Xocavənd rayonları və Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Ülvi Hacıyev oktyabrın 19-da Şuşa şəhəri yaxınlığında döyüşlər zamanı şəhid olub.
Ülvi Hacıyev "Vətən uğrunda" medalı ilə təltif edilib.
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası28 Mart 20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art28 Mart 19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI