Qarabağ
Ukraynalı hərbi jurnalist işğaldan azad edilən ərazilərdən danışdı
Azərbaycanın qısa zamanda işğaldan azad etdiyi torpaqları dirçəldəcəyinə, bu bölgəyə həyat gətirəcəyinə inanıram.
Publika.az xəbər verir ki, bu sözləri Ukrayna Azərbaycanlıları Radasının Baş katibi Ceyhun Məmmədovla görüşündə Ukraynanın hərbi jurnalisti Roman Boçkala söyləyib.
Zəfərlə bitən “Dəmir Yumruq” əməliyyatından həmən sonra Qarabağa səfər edən və “Daşları toplamağın vaxtı gəldi” adlı sənədli filmi çəkən hərbi jurnalist Roman Boçkala dəhşətli dağıntıların canlı şahidi olduğunu bildirib. Ağdam, Füzuli və Şuşada gördüyü vandalizm əməllərinin miqyasından danışan hərbi jurnalist ədalətin qələbəsinə sevindiyini bildirib: “Qarabağ qələbəsi bizə torpaqlarımızı azad etməyin mümkünlüyünü bir daha sübut etdi, bizi ümidləndirdi”.
UAR baş katibi Ceyhun Məmmədov söyləyib ki, haqq uğurunda birləşən, gücünü ədalətdən alan xalqımızın qarşısında düşmən 44 gün ərzində darmadağın oldu. “Azərbaycan öz ərazi bütövlüyünü birliyinin gücü ilə, dostlarının birliyinin gücü ilə bərpa elədi” deyən baş katib Ukraynanın Azərbaycanla dostluğuna və strateji əməkdaşlığına da diqqət çəkib.
Ceyhun Məmmədov bildirib ki, bütün dünyadakı Azərbaycan diasporu kimi Ukrayna Azərbaycanlıları da bir yumruq kimi birləşdi və Azərbaycan naminə fikirdə, sözdə və əməldə bir olmağı bacardı.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi