Savaşın 17-ci günü: Ermənilər Xankəndidən qaçdılar, Türkiyə TƏKLİF VERDİ...
Bizi izləyin

Qarabağ

Savaşın 17-ci günü: Ermənilər Xankəndidən qaçdılar, Türkiyə TƏKLİF VERDİ...

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edir:

13 oktyabr 2020-ci il. Müharibənin 17-ci günü...

Saat - 06:16 - Fransa mətbuatı ermənilərin Gəncəyə raket hücumundan yazdı

Ötən ilin bu günü Fransanın “Le Dauphine”, “Le Monde”, “Ouest France” kimi portallarında “Dağlıq Qarabağ: gecə erməni bombardmanı nəticəsində 9 azərbaycanlı həlak olub” adlı məqalələr dərc olundu.

Saat - 07:40 - Tərtər rayonu ATƏŞƏ TUTULDU

Saat - 08:35 - Düşmən Goranboy, Tərtər və Ağdamı atəşə tutdu

Saat - 09:28 - Ermənistan ordusu Ağcabədini atəşə tutdu

Saat - 10:47 - Ermənilər Tərtərə 300-ə yaxın mərmi atdı

Ötən ilin bu günü ərzində ermənilər tərəfindən Tərtər şəhərinə və ətraf kəndlərə - Qazyan, Yuxarı Qaradağlı, Səhləbat və Əskipara kəndi ərazisinə ümumilikdə 300-ə yaxın top mərmisi atıldı.

Saat - 12:02 - “Zver” ləqəbli məşhur erməni polkovniki məhv edildi

Ermənistanın ötən ilin bu günü məhv edilən hərbçilərinin sırasında düşmən ölkədə “qəhrəman” kimi tanınan “Zver” ləqəbli polkovnik Karen Çarukyan da var idi.

Məhv edilənlərin siyahısında, həmçinin, Ermənistan silahlı qüvvələrinin mayoru, snayper Qrayr Xaçatryanın da adı olub.

Saat - 12:10 - Ordumuz Paşinyanın önündə dayandığı raketləri DARMADAĞIN ETDİ

Ermənistanın 2019-cu ilin dekabrında Rusiyadan sifariş verdiyi “Tor-M2KM” zenit-raket kompleksi ötən ilin bu günü Azərbaycan Ordusu tərəfindən məhv edildi. 2019-cu ilin dekabrında Ermənistanın “Tor-M2KM” zenit-raket kompleksini alması ilə bağlı məlumatı Nikol Paşinyan sosial media hesablarından bildirmişdi. O, hərbi avadanlığın önündə selfi çəkidirərək paylaşmışdı. Paşinyan Ermənistanın “Tor-M2KM” ZRK-nin Hindistandan sonra ikinci istifadəçisi olduğunu da bildirmişdi. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Bunlardan biri də “Tor-M2KM” raket kompleksidir. Bundan əlavə, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu, 2 ədəd PDM-2, 3 ədəd 2А36 “Qiasint-B” topu, 1 ədəd KS-19 zenit topu, 1 ədəd D-20 haubitsa topu, 3 ədəd PUA, bir neçə avtomobil texnikası məhv edildi.

Saat - 12:20 - Ermənistan ordusuna ağır zərbə endirildi

Saat - 12:25 - Erməni terroru nəticəsində daha bir məktəbli həlak oldu

Ötən ilin bu günü Təhsil Nazirliyi Ermənistanın dinc əhaliyə təcavüzü nəticəsində həlak olan daha bir məktəbli barədə məlumat yaydı. Nazirlikdən bildirildi ki, həmin məktəbli Ağcabədi rayonu R.Quliyev adına Taynaq kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Fərid İngəndərovdur.

Saat - 12:38 - Kəmaləddin Heydərov Gəncəyə getdi

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 2020-ci il oktyabrın 13-də Gəncə şəhərinə səfər etdi. Nazir Ermənistan ordusunun beynəlxalq hüququn norma və prinsiplərini, habelə humanitar atəşkəs rejimini kobudcasına pozaraq raket zərbələri endirdiyi ərazilərə baxış keçirdi, hərbi cinayət nəticəsində dağılmış mülki obyektlər və yaşayış binalarının vəziyyəti ilə tanış oldu.

Saat - 13:18 - Azərbaycan PUA-larının Ermənistan ordusuna vurduğu ZİYAN AÇIQLANDI

Saat - 14:09 - BBC Gəncədəki erməni terroru ilə bağlı geniş reportaj yayımladı

Saat - 14:52 - Rus İcmasından Ermənistanla bağlı SƏRT BƏYANAT

Ötən ilin bu günü Azərbaycanın Rus İcması Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları ilə əlaqədar bəyanatla çıxış etdi.

Saat - 15:33 - Türkiyədən Qarabağ TƏKLİFİ

“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsi ilə bağlı təcili toplanmalıdır”. Ötən ilin bu günü bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isveçli həmkarı Ann Linde ilə birgə mətbuat konfransında bildirdi. Nazir Türkiyənin Minsk qrupunun təcili toplanması ilə bağlı təklif verdiyini açıqladı: “Ermənistan tərəfindən mülki insanların öldürülməsi yolverilməzdir. Ermənistan beynəlxalq ictimaiyyətin cavabsızlığından cəsarətlənərək yeni təxribatlar törədir. Beynəlxalq ictimaiyyət Ermənistandan işğal etdiyi ərazilərdən çıxmasını tələb etməlidir. Beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarını məqbul hesab edirik. Amma buna əlavə olaraq Ermənistana da geri çəkilmək çağırışı edilərsə, o zaman beynəlxalq toplumun bu problemi həll etmək arzusunu görə bilərik. Lakin bu çağırış edilmir”.

Saat - 15:48 - Rəsmi Bakıdan Ermənistan XİN-ə CAVAB

Ötən ilin bu günü Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti Departamenti Ermənistan xarici işlər nazirinin Moskvadakı brifinq zamanı verdiyi açıqlamasını şərh etdi.

Saat - 16:54 - ABŞ-dan Qarabağ AÇIQLAMASI

Ötən ilin bu günü ABŞ dövlət katibi Mayk Pompeo Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verdi. O, bu barədə “Twitter” səhifəsində yazdı: “ABŞ münaqişə tərəflərini razılaşdırıldığı kimi, atəşkəsə dair öhdəliklərini yerinə yetirməyə və mülki infrastrukturu hədəf almağa son qoymağa çağırır. Biz insan itkiləri ilə əlaqədar təəssüflənirik və münaqişənin sülh yolu ilə tənzimlənməsinə sadiqliyimizi bildiririk”.

Saat - 17:48 - Ukrayna deputatları Azərbaycana dəstək nümayiş etdirdi

Ötən ilin bu günü Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədrləri Valeriy Kolyux və Vladimir Kreydenko Azərbaycan Respublikasının Milli Məclisinə Gəncə şəhərində baş verən hadisələrdən və atəşkəs rejiminin pozulmasından dərin narahatlıq ifadə edən məktub ünvanladılar.

Saat - 18:06 - İşğaldan azad edilən Hadrut qəsəbəsinin GÖRÜNTÜSÜ YAYILDI

Saat - 18:42 - İtaliyalı parlamentarilər Ermənistanın Gəncə terrorunu pislədi

Ötən ilin bu günü İtaliyanın “Liqa” partiyasından senator, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri, İtaliya Senatının xarici əlaqələr komissiyasının üzvü Stefano Lucidi, “Liqa” partiyasından deputat, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri Rossana Boldi və senator, “İrəli İtaliya” siyasi qrupunun sədr müavini, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini Maria Rizzotti kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəslə bağlı razılığı kobud şəkildə pozaraq Azərbaycanın müxtəlif yaşayış məntəqələrini çoxsaylı mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələnmiş raket atəşinə tutmasını qəti şəkildə pisləyən bəyanatlar və açıqlamalarla çıxış etdilər.

Saat - 21:13 - Rusiyalı jurnalist bu görüntü ilə erməniləri İFŞA ETDİ

Ötən ilin bu günü ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist Aleksandr Kots təsadüfən Ermənistan ordusu sıralarındakı böyük itkilərin üstünü açdı. Jurnalist öz “Telegram” kanalında onlarla qanlı xərək fotoları paylaşdı. Şəkillərdən aydın olurdu ki, bu xərəklər döyüş əməliyyatları zonasında istifadə olunub. Eyni xərəyin təkrarən tikilərək istifadəyə verilməsi onu göstərirdi ki, İrəvan cəbhədəki real itkilərini gizlətməyə çalışır. Fotolar dərc olunduqdan sonra A.Kots onları dərhal sildi.

Saat - 22:13 - Bayramov Çavuşoğlu ilə bölgədəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Ötən ilin bu günü Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov arasında telefon danışığı oldu. Məlumata görə, nazirlər telefon danışığı zamanı bölgədəki son vəziyyət barədə fikir mübadiləsi apardılar.

Saat - 23:31 - Ermənilər işğal etdikləri Xankəndini qoyub QAÇDILAR

Ötən ilin bu günü bu barədə şəhərdə olan jurnalist Sergey Titov bildirdi. Kadrlar Rusiyanın “Telegram” kanalı “Mash” tərəfindən yayıldı. Titovun sözlərinə görə, axşam saat 17:00 olmasına baxmayaraq, şəhərdə nəyisə soruşmaq və ya nədənsə danışmaq üçün heç kəs tapılmadı: “Telefon bağlantısı, internet yoxdur, zəng etmək çox çətindir. Hətta işıqforlar da işləmir. Rəsmi olaraq SIM kart alqı-satqısı qadağandır. İnterneti olan yeganə yerlər jurnalistlərin toplaşdığı hotel və ya mətbuat mərkəzidir”.

Saat - 23:52 - Mehriban Əliyeva əsgərlərimiz üçün dua etdi

Ötən ilin bu günü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında əsgərlərə həsr edilmiş musiqi paylaşdı və onlara dua etdiyini bildirdi: “Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua edirəm! Uca Tanrı Vətən naminə bu müqəddəs mübarizədə onlara yar olsun! Qarabağ Azərbaycandır!”

View this post on Instagram

A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm