• USD 1,7000 0,00% EUR 1,9195 -0,07%
    • GBP 2,2499 -0,41% RUB 0,0231 +0,43%

Savaşın 21-ci günü: Gəncənin qisası alındı, Füzuli şəhəri və 7 kəndimiz...

Savaşın 21-ci günü: Gəncənin qisası alındı, Füzuli şəhəri və 7 kəndimiz...

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edir:

17 oktyabr 2020-ci il. Müharibənin 21-ci günü...

Saat - 01:32 - Müdafiə Nazirliyi Gəncə və Mingəçevirin vurulması ilə bağlı MƏLUMAT YAYDI

Ötən ilin bu günü Ermənistan silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərlərini növbəti dəfə atəşə tutdu.

Saat - 01:43 - Gəncədə 20-dən çox ev dağıdıldı

“Ermənistana yeni raket sistemləri gətirildi. Bundan dərhal sonra onlar Azərbaycan şəhərlərindəki mülki insanlara xain və qəddarcasına hücum etməyə başladılar”. Ötən ilin bu günü bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində məlumat verdi: “İlkin məlumatlara görə, Gəncədə 20-dən çox ev dağılıb. Mülki şəxslər arasında itkilərin olduğu bildirilir. Humanitar atəşə çağırış edənlər Ermənistanın hərbi cinayətini görməlidirlər. Bu, Ermənistan dövlətinin terror siyasətinin təzahürüdür”.

Saat - 02:26 - Müdafiə Nazirliyi: “Ermənistan növbəti dəfə dinc sakinləri raket atəşinə tutdu”

Saat - 02:41 - Baş Prokurorluq: “Ermənistan silahlı qüvvələri Mingəçevirə raketlər atdı”

Saat - 02:52 - Ballistik raketlər Gəncəyə Ermənistan ərazisindən atılıb - Prezidentin köməkçisi

Saat - 03:03 - Gəncənin Ermənistan tərəfindən vurulma anı

Saat - 03:06 - Gəncə növbəti dəfə SCUD/Elbrus raketi ilə vuruldu

“ANAMA-nın bildirdiyinə görə, Gəncəyə SCUD/Elbrus Əməliyyat-Taktiki Ballistik Raketi ilə zərbələr endirildi”. Ötən ilin bu günü Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Gəncəyə atılan raketlərin fotosunu yaydı.

Saat - 03:14 - Baş Prokurorluq Gəncəyə raket hücumu ilə bağlı məlumat yaydı

Saat - 05:15 - FHN Gəncədə baş vermiş dağıntılarla bağlı açıqlama yaydı

Saat - 07:52 - Gəncədə ölənlərin sayı 13-ə çatdı, 40-dan çox yaralı oldu ( Saat 07:52-ə olan məlumat)

Saat - 08:27 - Almaniyada Gəncə terroruna qarşı etiraz aksiyası keçirildi

Saat - 08:31 - Düşmən yaşayış məntəqələrimizi atəşə tutdu

Ötən ilin bu günü humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri səhər saatlarından başlayaraq Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının ərazilərini atəşə tutdu.

Saat - 08:53 - Düşmən darmadağın edildi, ordumuz irəlilədi

2020-ci il oktyabrın 16-ı gün ərzində və 17-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əməliyyat şəraiti gərgin olaraq qaldı. Müdafiə Nazirliyindən bildirildi ki, qoşunlarımız düşmənin əvvəlcədən hazırlanmış müdafiə hədlərini müxtəlif istiqamətlərdə yarmağa, onu tutduğu mövqelərdən sıxışdıraraq çıxarmağa, qaçmağa məcbur etməyə və irəliləməyə nail oldu. Azərbaycan Ordusu tərəfindən sutka ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edildi və sıradan çıxarıldı. Döyüş əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının 1-ci taboru öz mövqelərini ataraq geri çəkildi, xeyli sayda ölən və yaralanan oldu. Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi vəzifəli döyüş mövqelərini özbaşına tərk edərək geri çəkildi. Hərbi vəzifəlilərin də arasında çoxlu sayda ölən və yaralanan oldu.

Saat - 09:36 - Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Baş prokuror Kamran Əliyev Gəncəyə getdi

Saat - 09:50 - Baş prokuror: “Bu hadisənin siyasi və hərbi məsuliyyəti Ermənistan rəhbərliyi üçün çox ağır olacaq”

Saat - 10:13 - Gəncədə ölənlərin sayı 13-ə çatdı, 52 nəfər isə yaralandı (10:13-ə olan məlumat)

Saat - 08:20 - Füzuli şəhəri və rayonun 7 kəndi işğaldan azad edildi

“Şanlı Azərbaycan Ordusu bu gün Füzuli şəhərini və rayonun Qoçəhmədli, Çimən, Cuvalı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndlərini işğaldan azad edib”. 2020-ci ilin bu günü bu barədə Prezident İlham Əliyev canlı yayımla xalqa müraciətində məlumat verdi.

***

Prezidentdən sitatlar:

Bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini sındıra bilməz.

Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək.

Biz günahsız insanların qisasını döyüş meydanında alırıq.

Kasıb, yoxsul Ermənistanda bu qədər silah-texnika haradandır?

Biz Füzuliyə qayıdacağıq, bütün kəndləri yenidən quracağıq

***

Saat - 10:47 - Bu gecə strateji yüksəkliklər götürülüb - İlham Əliyev

“Bu gecə uğurlu əməliyyat keçirilib, strateji yüksəkliklər götürülüb”. Ötən ilin bu günü bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirdi: “Bu haqda hələ mən bir şey demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Ancaq bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq. Bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək”.

Saat - 10:50 - İlham Əliyev düşmənin məhv edilmiş texnikasının sayını açıqladı

“Məhv edilmiş Ermənistan texnikası: 234 ədəd tank məhv edilib; 36 tank hərbi qənimət kimi götürülüb; piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb; özüyeriyən artilleriya qurğusu – 16 ədəd məhv edilib, müxtəlif çaplı toplar – 190; “Uraqan” sistemi – 2, TOS odsaçan – 1, əməliyyat-taktiki raket kompleksi “Elbrus” – 2, Toçka-U – 1; OSA zenit-raket kompleksi – 35; TOR zenit-raket kompleksi – 3, KUB və KRUQ zenit-raket kompleksi – 3; radio-elektrik mübarizə sistemləri – 9; S-300 zenit-raket kompleksi – 2, yük avtomobilləri 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb”. 2020-ci ilin bu günü bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı bildirdi.

Saat - 10:53 - Ermənilərin növbəti Gəncə terroru ilə bağlı cinayət işi başlandı

Saat - 10:58 - İlham Əliyev Ermənistana xəbərdarlıq etdi

Ermənistanın faşist rəhbərliyinə xəbərdarlıq edirəm ki, öz xoşu ilə qalan torpaqlardan çıxsın. Onsuz da biz onları ordan rədd edəcəyik. Onsuz da onların izi-tozu qalmayacaq. Onsuz da biz onları sonunadək qovub torpağımızdan rədd edəcəyik. Öz xoşu ilə getsin- İlham Əliyev

Saat - 11:00 - Azərbaycan Ordusu Gəncənin qisasını BELƏ ALDI

2020-ci ilin bu günü cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi.

Saat - 11:31 - Türkiyə MN: Qardaş Azərbaycan bu alçaqlığa cavabı cəbhədə verir

Saat - 11:51 - Düşmənin S-300 zenit-raket kompleksi MƏHV EDİLDİ

Saat - 12:07 - Gəncədə müvəqqəti Operativ Qərargah yaradıldı

Saat - 12:10 - Erməni təcavüzü nəticəsində həlak olan mülki şəxslərin sayı 60-a çatdı

Saat - 12:13 - Ermənistana məxsus Su-25 təyyarəsi məhv edildi

2020-ci il oktyabrın 17-də saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edildi.

Saat - 12:50 - Azərbaycanın 50 siyasi partiyası Gəncə terroru ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi

Saat - 13:05 - Gəncə terroru nəticəsində 3 uşaq öldü, 2 uşaq itkin düşdü - Baş Prokurorluq (saat 13:05-ə olan məlumat)

Saat - 13:52 - Hulusi Akar Füzulinin azad olunmasına görə Ordumuzu təbrik etdi

Saat - 14:12 - Ombudsman Gəncədə faktaraşdırıcı missiya həyata keçirdi

Saat - 14:23 - Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

Saat - 15:21 - Prezident Hikmət Mirzəyevə general-leytenant rütbəsi verdi

Saat - 15:39 - Mehriban Əliyeva Ermənistanın Gəncə terrorundan yazdı

View this post on Instagram

A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

Saat - 15:43 - Hikmət Hacıyev dünyanın aparıcı KİV-ləri üçün brifinq keçirdi

Saat - 16:13 - Düşmənin sursat anbarları darmadağın edildi

Saat - 16:47 - Ombudsman Ermənistanın Gəncəyə terroru ilə bağlı bəyanat yaydı

Saat - 17:06 - Düşmənə məxsus növbəti zirehli texnika məhv edildi

Saat - 17:24 - Ermənilər Ağcabədidə evə mərmi atdı, ev sahibi yaralandı

Saat - 17:45 - Diplomatik korpusun nümayəndələri Gəncəyə getdi

Saat - 18:12 - Dövlət rəsmiləri Gəncədə brifinq keçirdi

Saat - 18:19 - Düşmənin daha 3 ədəd zenit-raket kompleksi məhv edildi

Saat - 18:27 - Aİ Ermənistanın Gəncə raket hücumu ilə bağlı bəyanat verdi

Saat - 19:33 - Ağdam-Ağdərə istiqamətində ermənilərə AĞIR ZƏRBƏ

Ötən ilin bu günü cəbhənin Ağdərə-Ağdam istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edildi.

Saat - 19:43 - Düşmənin “S-125” zenit raket kompleksi sıradan çıxarıldı

Saat - 20:16 - Ukrayna səfirliyi Gəncənin atəşə tutulmasını qınadı

Saat - 20:45 - “The Guardian” Ermənistanın Gəncəyə raket hücumundan yazdı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR