Vətən müharibəsində ən ağır döyüşlərin getdiyi Füzuli
Bizi izləyin

Qarabağ

Vətən müharibəsində ən ağır döyüşlərin getdiyi Füzuli

Ötən ilin 17 oktyabrında rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Füzuli rayonunu işğaldan azad etdi. Digər rayonlarımız kimi Füzulini də ermənilər vermək istəmirdilər. İkinci Qarabağ müharibəsində ən ağır döyüşlərin getdiyi bölgələrdən biri də Füzuli rayonu oldu.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Ceyhun Məmmədov qeyd edib.

O bildirib ki, Füzuli Azərbaycanın mədəniyyət mərkəzlərindən biri sayılır: "Bu bölgə Azərbaycana bir çox tanınmış mədəniyyət xadimləri, yazıçılar, muğam ustaları bəxş edib. Füzuli həm də mədəniyyət abidələri ilə zəngin bölgələrimizdəndir. Artıq Füzuli beynəlxalq şəhərə çevrilib, burada yeni hava limanı inşa olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Füzulini də dünyanın ən abad və gözəl bölgələrindən birinə çevirəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm