Savaşın 28-ci günü: Ermənilər hücum etdi, döyüş aviasiyamız HƏRƏKƏTƏ KEÇDİ
Bizi izləyin

Qarabağ

Savaşın 28-ci günü: Ermənilər hücum etdi, döyüş aviasiyamız HƏRƏKƏTƏ KEÇDİ

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı "Müharibənin bu günü" xronikasını təqdim edir:

24 oktyabr 2020-ci il. Müharibənin 28-ci günü...

Saat - 04:44- Ceyhun Bayramov həmsədrlərlə görüşdü

Saat - 05:45 - Azərbaycan XİN rəhbəri Peloisi ilə Qarabağı müzakirə etdi

Saat - 06:46 - Hulusi Akar NATO-da Türkiyənin Azərbaycanı dəstəklədiyini BƏYAN ETDİ

Saat - 08:05 - Cəbhədə ağır döyüşlər: ordumuz vacib yüksəklikləri AZAD ETDİ

2020-ci il oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam etdi. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutdu. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirdi. Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vuruldu. Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarıldı. Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkildi. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürüldü, düşmənin bir neçə dayaq məntəqəsi dağıdıldı və vacib yüksəkliklər azad edildi.

Saat - 10:00 - Düşmənin zərbə PUA-sı ələ keçirildi

Saat - 10:11 - İlham Əliyev Fransanın "Figaro" qəzetinə müsahibə verdi

Saat - 10:30 - Tərtər və Bərdə rayonunun ərazilərindəki yaşayış məntəqələrimiz düşmən tərəfindən atəşə tutuldu

Saat - 11:00 - Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi raket atəşinə tutdu

Saat - 11:20 - Ermənilər Tərtərə raket atdı, yeniyetmə həlak oldu

2020-ci ilin bu günü saat 10 radələrində erməni silahlı qüvvələri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak oldu.

Saat - 11:27 - Laçın və Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutuldu

Saat - 14:56 - Daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu

Təhsil naziri Emin Əmrullayev Ermənistanın müharibə cinayəti nəticəsində daha iki şagirdin həlak olduğunu açıqladı. Nazir bildirdi ki, daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı olub: "İsmayılzadə Orxan Rəhbər oğlu və Mayakov Artur Vladimir oğlu.

Saat - 15:49 - Düşmənin döyüş təyyarəsi məhv edildi

Saat - 16:12 - Ağdərə istiqamətində düşmən PUA-sı məhv edildi

Saat - 18:52 - Ermənilər hücum etdi, düşmən qüvvələrindən əsir götürülənlər oldu

2020-ci il oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd etdi. Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edildi. Düşmən qüvvələrindən əsir götürülənlər oldu.

Saat - 19:20 - Döyüş aviasiyamız hərəkətə keçdi: Düşmənin dayaq məntəqələri məhv edildi

2020-ci il oktyabrın 24-də saat 13:00-dan 15:00-dək Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankı, 2 sığınacağı və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv etdi. Azərbaycan HHQ-si düşmənin hərbi infrastrukturuna hava zərbələri endirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm