Savaşın 29-cu günü: Prezidentdən ŞAD XƏBƏR
Bizi izləyin

Qarabağ

Savaşın 29-cu günü: Prezidentdən ŞAD XƏBƏR

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı "Müharibənin bu günü" xronikasını təqdim edir:

25 oktyabr 2020-ci il. Müharibənin 29-cu günü...

Saat - 08:29 - Cəbhədə şiddətli döyüşlər, ordumuz LAÇINDA İRƏLİLƏDİ

Ötən ilin bu günü qoşunlarımız Xocavənd, Qubadlı və Laçında yeni mövqelərə doğru irəlilədi. 2020-ci il oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam etdi. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutdu. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirdi. Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə atəşlə ciddi zərbə vuraraq onun müqavimətini zəiflətdi və müxtəlif istiqamətlərdə yeni mövqelərə irəlilədi.

Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkildi. Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin atəş zərbəsi nəticəsində məhv edildi.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank, 2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 "Qiasint-B" topu, 7 ədəd avtomobil texnikası məhv edildi.

Saat - 10:09 - Prezident İlham Əliyev ABŞ-ın "Fox News" televiziya kanalına müsahibə verdi

Ali Baş Komandandan sitatlar:

"Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi".

"Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır".

"İki gün bundan əvvəl Ermənistanın baş naziri dedi ki, Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur".

"Ermənistanın Gəncə şəhərinə qarşı onlarca adamın həlak olduğu ballistik raketlərlə törətdiyi amansız hücumdan, terror aktından sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq, lakin döyüş meydanında".

"Dronlarımız düşmənin 230-dan çox tankını, 6 S-300 sistemini məhv edib".

"Bir neçə gün ərzində bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edə bilərik".

"Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim?"

Saat - 13:24 - Ermənistan silahlı qüvvələri Ağdam, Tərtər və Ağcabədi rayonlarının ərazilərini atəşə tutdu

Saat - 14:10 - Müdafiə Nazirliyi Qubadlıdan möhtəşəm görüntüləri yaydı

Saat - 14:24 - Ermənistan mülki əhalinin yaşadığı Goranboyun Meşəli kəndini hədəfə aldı

Saat - 17:44 - Düşmənin hərbi texnikaları məhv edildi

2020-ci il oktyabrın 25-də aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 "Qrad" sistemi, 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1 tank və bir neçə atəş nöqtəsi məhv edildi.

Saat - 19:13 - Düşmən havadan və qurudan darmadağın edildi

"Qoşunlarımız əməliyyat şəraitinə tam olaraq nəzarət edir. Düşmən havadan və qurudan darmadağın edilir. Ordumuzun bölmələri əməliyyat plnanına uyğun olaraq əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirir və işğaldan azad edilmiş əraziləri bir qədər də genişləndirir. Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi atəş zərbələri endirərək onun müqavimətini zəiflədib. Müxtəlif istiqamətlərdə döyüş mövqelərini düşməndən təmizləyib. Qələbə bizilmlədir!" Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirdi.

Saat - 19:31 - Düşmən 50 nəfərədək itki verdi, zirehli texnikası ələ keçirildi

Saat - 21:06 - Ali Baş Komandanın rəhbərliyi ilə operativ müşavirə keçirildi

Saat - 21:25 - Prezidentdən ŞAD XƏBƏR: Kəlbəcər və Qubadlının bir hissəsi azad edildi

"Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib". 2020-ci ilin bu günü bunu Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirdi.

Prezidentdən sitatlar:

"Azərbaycanın qarşısında heç kim dura bilməz"

"Ermənistanın 6 ədəd S300 zenit-raket kompleksi məhv edilib"

"İşğaldan azad edilən bütün bölgələrdə təftiş aparılacaq"

"Torpaqları azad edən əsgərlər və zabitlərdir"

"Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib"

Saat - 21:54 - Ermənilərin döyüş texnikası və sursatları darmadağın edildi

2020-ci il oktyabrın 25-də günün ikinci yarısında cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənə dəqiq zərbələr endirdi. Zərbələr nəticəsində düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edildi.

Saat - 22:13 - İlham Əliyev işğaldan azad edilən yaşayış məntəqələrinin SAYINI AÇIQLADI

Saat - 22:49 - Qubadlı şəhəri işğaldan AZAD EDİLDİ

"Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" 2020-ci ilin bu günü bununla bağlı Ali Baş Komandan İlham Əliyev "Twitter"də paylaşım etdi.

Saat - 23:49 - Birinci xanımdan işğaldan azad edilmiş ərazilərimizlə bağlı PAYLAŞIM

View this post on Instagram

A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm