Azərbaycan dünya səviyyəsində öz sözünü deyir - Deputat
Bizi izləyin

Qarabağ

Azərbaycan dünya səviyyəsində öz sözünü deyir - Deputat

“44 günlük müharibə dövründə Azərbaycan əsgərinin azad etdiyi hər bir ərazinin böyük əhəmiyyəti var. Çünki azad olunan torpaqların hər yerinə şəhid qanı tökülüb. Qubadlının işğaldan azad olunması isə Azərbaycan üçün böyük strateji uğur idi”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, Qubadlının azad olunması ilə Laçına yol açıldı: “Qubadlı bizim tarixi torpağımızıdır və ora həm relyef, həm də strateji olaraq bizim üçün çox əhəmiyyətlidir. Hər bir ərazinin işğaldan azad olunması Ermənistan ordusuna böyük zərbə vururdu. Ordumuz düşməni məğlub edərək tarixi ədaləti bərpa edib. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək qələbəyə yaxınlaşırdı. Bizim hər bir uğurumuz ermənilər arasında həyəcan və qorxu yaradırdı”.

E.Məmmədov vurğulayıb ki, Qubadlıda aparılan quruculuq işləri və orada tikiləcək sənaye zavodları Azərbaycan iqtisadiyyatına təkan verəcək: “Biz torpaqlarımızı azad etdikcə xaricdə kök salmış erməni diasporunun ümidləri puç olurdu. Onlar anlayırdılar ki, müharibə yaxın vaxtlarda Azərbaycan Ordusunun qələbəsi ilə başa çatacaq.

Qubadlıda qurulacaq sənaye zavodları və digər iş obyektləri vasitəsilə vətəndaşlarımız işlə təmin olunacaq. Bu cür quruculuq işləri əhalinin rifah içində yaşamağı üçün vacib addımdır. Görülən işlər vasitəsilə bir sıra dövlətlər və şirkətlərlə əlaqələrimiz daha da güclənəcək. Azərbaycan bu cür addımlar atmaqla dünya səviyyəsində öz sözünü deyir. Belə quruculuq işlərinin aparılması xarici investorların diqqətini cəlb edir. Bu o deməkdir ki, xarici investor buraya maraq göstərirsə, deməli onun mənsub olduğu ölkə bu regionda sülhün və əmin-amanlığın daimi olmasının tərəfdarıdır. Qarabağda aparılan quruculuq işləri bir daha Azərbaycanın iqtisadi gücünü göstərir”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm