Qarabağ
Rusiya XİN-dən Zəngəzur dəhlizi AÇIQLAMASI: bu, doğru yanaşmadır...
"Zəngəzur dəhlizinin yaradılması ilə bağlı mübahisələr də daxil olmaqla Transqafqazda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı bütün məsələlər ən yaxşı şəkildə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində nəzərdən keçirilir və həll edilir".
Publika.az TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin informasiya və nəşriyyat departamentinin rəhbəri Mariya Zaxarova ənənəvi brifinq zamanı bəyan edib.
"Biz hesab edirik ki, Transqafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsinin işlənib hazırlanması üçün ən optimal forma bu il yanvarın 11-də Moskva sammitindən sonra, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə yaradılmış üçtərəfli işçi qrupudur. Bu mexanizmin səkkiz görüşü baş tutub və bütün tərəflər onun fəaliyyətini yüksək qiymətləndirirlər. Zaxarova qeyd edib.
Biz hesab edirik ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələsində üçtərəfli razılaşmalara riayət etmək doğru yanaşmadır", - Zaxarova vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Ermənistan ərazisindən keçməklə Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılmasını planlaşdırır. Orada avtomobil və dəmir yolunun çəkilməsi nəzərdə tutulur. Bu, digər məsələlərlə yanaşı, Türkiyəni Naxçıvan, Azərbaycan və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ölkələri ilə birləşdirməyə imkan verəcək.
Hüseyn
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət