• USD 1,7000 0,00% EUR 1,9076 0,00%
    • GBP 2,2618 0,00% RUB 0,0225 0,00%

Savaşın 37-ci günü: düşmən qərargahı GÖYƏ SOVRULDU

Savaşın 37-ci günü: düşmən qərargahı GÖYƏ SOVRULDU

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı "Müharibənin bu günü" xronikasını təqdim edir:

2 noyabr 2020-ci il. Müharibənin 37-ci günü...

Saat - 02:12 - "Reuters" PKK terrorçularının Ermənistan ordusunda döyüşdüyünü təsdiqlədi

"Xarici döyüşçülərin və muzdluların Ermənistan silahlı qüvvələri sıralarında olması "Reuters"in reportajında təsdiqlənib". 2020-ci ilin bu günü bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazdı.

Saat - 07:57 - Ağdam və Xocavənd istiqamətində düşmən DARMADAĞIN EDİLDİ

2020-ci il noyabrın 1-i gün ərzində və 2-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutdu. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam etdi. Müdafiə olunan düşmən bölmələri cəbhənin bəzi istiqamətlərində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edildi. Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 10 ədəd müxtəlif tipli topu, 3 ədəd sursatla dolu yük maşını və 5 ədəd digər avtomobil texnikası məhv edildi.

Saat - 08:02 - Düşmən Ağdam və Ağcabədini artilleriya atəşinə tutdu

Saat - 10:48 - Hücuma keçən erməni QIRICISI YOX EDİLDİ

Ötən ilin bu günü bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 döyüş təyyarəsi məhv edildi. Bundan əlavə, Zəngilan istiqamətində mövqelərimizə hücum edən düşmən canlı qüvvə sarıdan 30-dək itki verərək Ermənistan ərazisinə geri çəkildi.

Saat - 10:54 - Zəngilanda dəhşətli döyüş, hücuma keçən erməni ordusu darmadağın edildi

Saat - 15:06 - İlham Əliyev Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

Saat - 15:41 - Düşmənin 4 "Qrad"ı məhv edildi

Saat - 15:45 - Ermənistan Tərtər və Goranboyu intensiv artilleriya atəşinə tutdu

Saat - 16:19 - Ordumuz yeni əraziləri İŞĞALDAN AZAD ETDİ

"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" Ötən ilin bu günü bunu Prezident İlham Əliyev özünün "Twitter" hesabında yazdı.

Saat - 19:09 - Düşmən qərargahı Qırmızı Bazar istiqamətində GÖYƏ SOVRULDU

Ötən ilin bu günü düşmənin daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərində yerləşən canlı qüvvəsi dəqiq zərbələrlə məhv edildi. Qırmızı Bazar istiqamətində düşmənin qərargahı da atəşə məruz qaldı.

Saat - 22:13 - Tərtərdə düşmənin zenit-raket kompleksi parça-parça edildi

2020-ci il noyabrın 2-i saat 18:00 radələrində Tərtər rayonunun Çardaqlı kəndində (keçmiş Ağdərə rayonunun Maqavuz kəndi) yerləsdirilmiş düşmənin KUB zenit-raket kompleksi dəqiq atəşlə məhv edildi.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR