15 minə yaxın terrorçu Qarabağdan çıxarılacaq - Politoloq
Bizi izləyin

Qarabağ

15 minə yaxın terrorçu Qarabağdan çıxarılacaq - Politoloq

“Gündəmdə duran əsas məsələlər kommunikasiyaların bərpa olunması, Zəngəzur dəhlizinin açılması və sərhədlərin dəqiqləşdirilməsidir. Bunun üçün hər iki ölkəyə Rusiya tərəfindən müəyyən təkliflər irəli sürülüb”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, SSRİ dövründəki xəritələr əsasında demarkasiya və delimitasiya işləri aparıla bilər: “Azərbaycan əvvəldən söyləyirdi ki, sərhədlərin dəqiqləşdirilməsi prosesi keçmiş xəritələr əsasında aparılsın. Rusiya Prezidenti Vladimir Putin onlarda etibar ediləsi xəritələrin olduğunu demişdi. Azərbaycan SSRİ-nin tərkibinə daxil olmamışdan əvvəlki xəritələr vasitəsilə demarkasiya və delimitasiya işlərinin aparılmasını istəyir. Çünki sovet hakimiyyəti dövründə Zəngəzur kimi böyük bir ərazi, Laçında Qaragöl, Dərələyəz və Göyçə mahalı Azərbaycandan alınaraq ermənilərə verilmişdi”.

Q.Hüseynli vurğulayıb ki, 10 noyabr sazişinin ildönümündə 3 ölkə arasında görüş gözlənilir: “Putin söyləyib ki, Azərbaycan, Ermənistan və Rusiyadan başqa bu məsələyə kimsə qarışmamalıdır. Bütün məsələlər bu görüşdə müzakirə ediləcək. Həmin məsələlərdən biri də terrorçu dəstələrin Azərbaycan torpaqlarından çıxarılmasıdır. Azərbaycan dövləti bu nüansı hər dəfə Rusiya tərəfinin diqqətinə çatdırır. Rusiya sülhməramlıları bəyanatın 4-cü müddəasını yerinə yetirmək istəmirlər. Qarabağda hələ də 15 minə yaxın erməni terrorçu dəstələri var. Onlar mütləq torpaqlarımızdan çıxarılacaq və bu haqda bəzi söhbətlər də ortaya çıxır. Ermənistan qeyri-hökumət təşkilatının başçısı parlamentdə separatçı dəstələrin çıxarılması barədə məsələnin qaldırıldığını deyib. Yəni Qarabağda olan separatçıların yaxın zamanda tərk-silah ediləcəyi gözlənilir. Sülh müqaviləsi bağlandıqdan sonra bütün bu məsələlər öz həllini tapacaq”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm