Əliyev-Putin-Paşinyan görüşünə hazırlıq gedir: Lavrovun İrəvana zənginin əsas səbəbi
Bizi izləyin

Qarabağ

Əliyev-Putin-Paşinyan görüşünə hazırlıq gedir: Lavrovun İrəvana zənginin əsas səbəbi

Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan xarici işlər naziri Ararat Mirzoyana zəng etməsinin səbəbləri ilə bağlı müxtəlif fikirlər irəli sürülür.

Publika.az
xəbər verir ki, Ermənistan mediası telefon zənginin məqsədi ilə bağlı yeni versiya irəli sürüb.

“1in.am” saytı iddia edir ki, telefon zəngi Moskvada İlham Əliyev, Putin və Paşinyanın üçtərəfli görüşünə hazırlıqla bağlıdır.

“Xarici işlər nazirləri üçtərəfli görüşə hazırlığı və görüşün gündəliyini müzakirə ediblər”, - sayt iddia edib.

Qeyd edək ki, Moskvada üçtərəfli görüşün 9 noyabrda keçiriləcəyinə dair iddialar səsləndirilir. Görüş iddia olunan tarixdə keçirilməsə belə, qarşıdakı dövrdə baş tutacağı istisna deyil.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm