Ermənistandan Qarabağa 17 ailə gətirildi
Bizi izləyin

Qarabağ

Ermənistandan Qarabağa 17 ailə gətirildi

Bu ilin oktyabrında 17 ailə daimi yaşamaq üçün Qarabağa qayıdıb.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı erməni separatçılarının Ermənistandakı nümayəndəliyi yayıb.

“Söhbət 65 nəfərdən gedir. Daha 4 ailənin yerləşdirilməsi prosesi hazırlıq mərhələsindədir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının məlumatına görə, indiyə qədər Qarabağa 52 700 nəfər gətirilib. Lakin Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyan da etiraf etmişdi ki, orada olan ermənilərin sayı 20 min civarındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm