Savaşın 41-ci günü: Laçında düşmən darmadağın edildi - QAÇDILAR
Bizi izləyin

Qarabağ

Savaşın 41-ci günü: Laçında düşmən darmadağın edildi - QAÇDILAR

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edir:

6 noyabr 2020-ci il. Müharibənin 41-ci günü.

Saat - 07:47 - Düşmən xeyli itki verib GERİ ÇƏKİLDİ

2020-ci ilin noyabrın 5-i gün ərzində və 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutdu. Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam etdi. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edildi.

Saat - 08:12 - Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozdu

2020-ci il noyabrın 5-dən 6-na keçən gecədən başlayaraq səhər saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutuldu.

Saat - 08:57 - Ermənilər Tərtəri atəşə tutdu

Saat - 12:33 - Kəlbəcər istiqamətində terror törətmək istəyən PKK üzvləri MƏHV EDİLDİ

Saat - 13:17 - Xankəndidə daş üstündə daş qalmadı - Ermənistana BÖYÜK ŞOK

2020-ci ilin bu günü Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb oldu. Alov tez bir zamanda anbara keçdi və nəticədə güclü partlayış baş verdi. Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.

Saat - 16:53 - Laçında düşmən darmadağın edildi - QAÇDILAR

Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçdı. Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmadı. Eyni zamanda şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşdı.

Saat - 17:00 - Ağdərədə düşmən iflic oldu

Ağdərədə yerləşən Ermənistan silahlı qüvvələri 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının bölmələrinin təminatında ciddi çatışmazlıqlar yarandı. Belə ki, bölmələrdə ərzaq, hərbi əmlak, döyüş sursatlar, yanacaq sürtkü materialları çatışmazlığı yaşandı. Cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə düşmən canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itki verdi. Bundan əlavə, qeyd olunan hərbi hissələrlə komandanlıq arasında rabitə əlaqəsi kəsildi və bölmələrin idarəolunmasında da problemlər yarandı.

Saat - 17:43 - Göyarxda düşmən MƏHV EDİLDİ

Ötən ilin bu günü Tərtər rayonunun Göyarx (keçmiş Levonarx) kəndinin ərazisindəki düşmənin atış nöqtələrinə çıxarılan minaatanların heyəti bölmələrimizin dəqiq atəşi ilə məhv edildi.

Saat - 20:24 - Zəngilanda suriyalı ermənilərin sənədləri ələ keçirildi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm