• USD 1,7000 0,00% EUR 1,9208 0,00%
    • GBP 2,2592 0,00% RUB 0,0230 0,00%

Savaşın 42-ci günü: Ordumuz Xocalıda...

Savaşın 42-ci günü: Ordumuz Xocalıda...

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edir:

7 noyabr 2020-ci il. Müharibənin 42-ci günü.

Saat - 08:00 - Ağdərə istiqamətində düşmənin şəxsi heyəti MƏHV EDİLDİ

2020-ci il noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutdu. Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam etdi. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edildi. Cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar oldu. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarıldı.

Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayının 1-ci taboru bölmələrinin şəxsi heyəti arasında itkilər oldu. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarıldı.

Saat - 09:12 - Düşmənin xüsusi təyinatlı hərbi hissəsi və kəşfiyyat taboru DARMADAĞIN EDİLDİ

2020-ci ilin bu günü cəbhədə gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq məhv edildi. Döyüşlər başlayandan canlı qüvvə sarıdan xeyli itkiyə məruz qalan düşmən xüsusi təyinatlılarını gücləndirmək məqsədilə onlara könüllülər və yerli sakinlər də qoşuldu. Buna baxmayaraq, son döyüşdə ağır itkilər verən xüsusi təyinatlılar mövqelərindən çəkilmək məcburiyyətində qaldı. Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən 178-ci əlahiddə kəşfiyyat taboru da döyüşlərdə ölü və yaralı olaraq şəxsi heyətinin yarısını itirdi.

Saat - 10:45 - Düşmən Tərtər və Ağcabədini artilleriya atəşinə tutdu

Saat - 11:05 - Ağdamın kəndləri atəşə tutuldu

Saat - 12:29 - Bu ərazilər işğaldan azad edildi - Prezident açıqladı

2020-ci ilin bu günü Prezident İlham Əliyev yeni ərazilərin işğaldan azad edilməsi ilə bağlı tvit atdı.

Dövlət başçısı tvitində qeyd etdi: “Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli kəndlərini, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Saat - 12:33 - Ordumuz Xocalıdadır - Prezident ELAN ETDİ

Saat - 14:20 - Şuşa ətrafında yüksək rütbəli erməni zabitləri məhv edildi

Saat - 18:00 - Ermənistan Bərdəni atəşə tutdu, 16 yaşlı yeniyetmə həlak oldu

Saat - 18:16 - Düşmən Ağdam istiqamətində DARMADAĞIN EDİLDİ

Ötən ilin bu günü cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi ziyan vuruldu. Bu istiqamətdəki 37-ci atıcı diviziyanın 4-cü motoatıcı alayının müdafiə sahəsindəki minaatan batareyasına endirilən artilleriya zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk etdi.

Alayın gücləndirilməsi məqsədilə oraya gətirilən və içərisində könüllülər olan avtobus qəzaya uğradı. Nəticədə 30 nəfərədək ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin xəsarət aldığı məlum oldu. 62-ci artilleriya briqadasının 4-cü reaktiv divizionunun atəşə tutulması nəticəsində 1 BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi sıradan çıxarıldı, şəxsi heyət arasında ölən və yaralanan oldu.

Saat - 18:32 - Tərtərdə evə mərmi düşdü, mülki şəxs xəsarət aldı

Saat - 22:01 - Ordumuz düşmənin hərbi kolonunun külünü GÖYƏ SOVURDU

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 4-cü motoatıcı alayının növbəti hərbi kolonu məhv edildi. Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 “KamAZ”, 2 “Ural” və 2 PDM-dən ibarət hərbi kolonun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edildi. Bundan əlavə, düşmənin 30 nəfərədək hərbi qulluqçusu yaralandı və kolonda olan hərbi texnika yandı.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR