Savaşın 43-cü günü: İlham Əliyev bütün Azərbaycanın gözlədiyi xəbəri ELAN ETDİ
Bizi izləyin

Qarabağ

Savaşın 43-cü günü: İlham Əliyev bütün Azərbaycanın gözlədiyi xəbəri ELAN ETDİ

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı "Müharibənin bu günü" xronikasını təqdim edir:

8 noyabr 2020-ci il. Müharibənin 43-cü günü

Saat - 08:12- Ciddi zərbələrə məruz qalan düşmən GERİ ÇƏKİLDİ

2020-ci ilin noyabrın 7-si gün ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutdu. Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam etdi. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vuruldu. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edildi.

Cəbhədə müqavimət göstərə bilməyən düşmən çıxış yolunu dinc əhalini və mülki infrastrukturu atəşə tutmaqda gördü. Ermənistan silahlı qüvvələri bölmələrinin Tərtər, Bərdə, Ağdam, Ağcabədi və Qubadlı rayonlarının kəndlərini artilleriya atəşinə tutması nəticəsində dinc sakinlər arasında ölən və xəsarət alanlar oldu, mülki infrastruktura ziyan dəydi. Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri yalnız düşmənin legitim hərbi hədəflərinə qarşı oldu.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd T-72 tankı, 2 ədəd D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili məhv edildi.

Saat - 08:36 - Ermənistan dövlət sərhədində atəşkəs rejimini POZDU

Saat - 09:24 - Düşmən kəndlərimizi atəşə tutdu, ölən və xəsarət alanlar oldu

Ötən ilin bu günü gün ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin Tərtər, Bərdə, Ağdam, Ağcabədi və Qubadlı rayonlarının kəndlərini artilleriya atəşinə tutması nəticəsində dinc sakinlər arasında ölən və xəsarət alanlar oldu, mülki infrastruktura ziyan dəydi.

Saat - 10:15 - Ermənilər Tərtərə 36-ya yaxın top mərmisi atdı

Saat - 12:51 - İlham Əliyev bütün Azərbaycanın gözlədiyi xəbəri ELAN ETDİ

2020-ci ilin bu günü Şuşa işğaldan azad edildi. Bunu Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi.

Saat - 13:40 - İlham Əliyev xalqa müraciət etdi

Saat - 14:09 - Ali Baş Komandan Hikmət Mirzəyevə zəng etdi

Saat - 08:00 - Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik etdi

Saat - 16:31 - Düşmənin yüksək vəzifəli şəxsləri məhv edildi

Saat - 17:33 - İlham Əliyev Çavuşoğlu və Akarla görüşdü

Saat - 17:52 - Düşmən Ağdamı atəşə tutdu: 26 yaşlı gənc yaralandı

Saat - 18:56 - Prezident 3 tvit atdı

"Biz qələbə əldə etmək üçün bu illər ərzində məqsədyönlü şəkildə güc topladıq. Qələbəmizi şərtləndirən əsas amillər iqtisadi müstəqillik, güclü müasir ordu, milli həmrəylik və beynəlxalq səviyyədəki uğurlarımızdır". Ötən ilin bu günü bununla bağlı Ali Baş Komandan İlham Əliyev "Twitter"də paylaşım etdi.

Ölkə başçısı həmçinin bildirdi:

"Şuşanın azad edilməsi müjdəsinin Şəhidlər xiyabanında səsləndirilməsi təsadüfi deyil. Biz torpaqlarımızı xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına işğalçılardan azad edirik. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm".

"Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!"

Saat - 19:14 - Düşmən Xocavənd istiqamətində DARMADAĞIN EDİLDİ

Saat - 20:43 - Müdafiə Nazirliyi Şuşa ilə bağlı MƏLUMAT YAYDI

Saat - 20:43 - Mehriban Əliyeva: "Biz Şuşamızı qaytardıq"

Ötən ilin bu günü Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinin azad olunması münasibətilə rəsmi "İnstagram" səhifəsində etdiyi paylaşımda Azərbaycan xalqını təbrik etdi: "Bu anlarda bütün xalqımız təsvirəgəlməz qürur və sevinc hissləri keçirir! Şuşa işğaldan azad edilib! Bu münasibətlə bütün həmvətənlərimizə səmimi təbriklərimi çatdırıram! İllər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur! Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq! Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi bizim rəşadətli əsgərlərimizin qəhrəmanlığı və igidliyi, dözümlülüyü və qələbə əzmi sayəsində mümkün olur! Vətən naminə canlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin! Əziz qardaşlar və bacılar!

Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı bir daha təbrik edirəm. Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır! Qoy Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!"

Saat - 20:43 - Ermənilər Orta Qərvəndi atəşə tutdu, xəsarət alan oldu

Saat - 20:43 - Düşmən Xocavənddə bəzi mövqeləri ataraq QAÇDI

Oxumağa davam et
Reklam
Reklam

Gündəm