• USD 1,7000 0,00% EUR 1,9208 0,00%
    • GBP 2,2592 0,00% RUB 0,0230 0,00%

Şuşa döyüşlərində Sakarya müharibəsi bənzərliyi - Ağar AÇIQLADI

Şuşa döyüşlərində Sakarya müharibəsi bənzərliyi - Ağar AÇIQLADI

“Bu gün Azərbaycan xalqı Qarabağ müharibəsində əldə etdiyi qələbənin birinci ildönümünü qeyd edir. 44 gün, 44 gecə davam edən Qarabağ müharibəsi 22 gün, 22 gecə davam edən Sakarya döyüşü ilə bir çox cəhətdən çox oxşardır”.

Publika.az xəbər verir ki, bunu terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

O bildirib ki, Karlovitsa razılaşmasından sonra Sakarya müharibəsi necə ki, Avropada 200 il davam edən parçalanma, geri çəkilmə və ərazi itirilməsinə “dur” dedisə, Qarabağ müharibəsi də Türkmənçay müqaviləsindən sonra Qafqazda 200 illik parçalanma, geri çəkilmə və ərazi itirilməsinə “dur” dedi:

“Hər iki müharibə indi irəli atılmış son qələbə addımıdır. Çətinliklə əldə olunan belə zəfərlərlə tarix qırılır, bədbəxtliklər dəyişdirilir, gələcək, namus, millət qurulur. Ona görə də Qarabağ müharibəsi təkcə Qarabağı xilas etmək üçün gedən müharibə deyil.

- Qarabağ müharibəsi: Bu, “Varlıq”, “Yüksəlmə”, “Artıq mən də varam” müharibəsidir.

- Qarabağ müharibəsi: Azadlığını qazandığı gün əzilməyə çalışılan bir xalq, ordu və dövlətin həqiqi millət, həqiqi ordu, həqiqi xalq olduğunu sübut edən müharibədir.

- Qarabağ müharibəsi: Namus savaşıdır.

- Qarabağ müharibəsi: Özünə inam savaşıdır.

- Qarabağ müharibəsi: Bu, qisas müharibəsidir.

- Qarabağ müharibəsi: Bu, gələcəyi qurmaq üçün müharibədir.

- Qarabağ müharibəsi: Bir ilhamdır. İki qardaş, üç qardaş, beş qardaş bir araya gələndə nə olar, onun ilhamı!

Ona görə də qəhrəman Azərbaycan Ordusunun 2908 şəhid verərək, 11 min nəfərin qazi olaraq qazandığı bu qələbə bu qədər böyük, mənalı və dəyərlidir. Mübarizə bitməyib. Əslində, yeni başlayıb. Qələbə, sülh və gələcəyin qurulması döyüşü!”

Akqabay

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR