Qarabağda 2 erməni öldü
Bizi izləyin

Qarabağ

Qarabağda 2 erməni öldü

Qarabağda, rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında məskunlaşdırılan ermənilər arasında koronavirusa yoluxma sürətlə artır.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, son sutkada cəmi 199 test aparılıb və daha 56 nəfərdə COVID-19 virusu aşkarlanıb.

Hazırda 145 erməni xəstəxanalarda müalicə alır, onlardan 20-nin vəziyyəti çox ağır, 75-nin isə ağırdır.

Koronavirusdan son sutkada 2 nəfər ölüb.

Qeyd edək ki, Xankəndi və ətrafında cəmi 20 min civarında erməni yaşayır və bu statistika əhali sayına görə yüksək sayılır. Ona görə də bəzi məktəblərdə əyani tədris dayandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm