Azərbaycan əsgərinə tabe olmayanların cəzası veriləcək - Deputat
Bizi izləyin

Qarabağ

Azərbaycan əsgərinə tabe olmayanların cəzası veriləcək - Deputat

“Şuşada erməni terrorçusunun təxribatı ilə bağlı daha sərt addım atmalıydıq. Atəş açılıbsa, təxribat törədilibsə, dərhal, yerində məhv edilməlidir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.

O qeyd edib ki, ermənilər bilməlidir ki, Azərbaycan əsgərinə tabe olmayanların cəzası veriləcək:

“Bu hadisə bizim üçün əsas oldu. Bundan sonra analoji hal təkrarlanarsa, onun məhv edilməsi istiqamətində qərarlar verilməlidir. Məsələn, Azərbaycan-Ermənistan sərhədini pozan erməniləri mühasirəyə aldıq. Ruslar gəlib xahiş edəndən sonra onları buraxdıq. Bu, 1 dəfə oldu. İkinci dəfə Azərbaycan Müdafiə Nazirliyi və Sərhəd Qoşunları qarşı tərəfə xəbərdarlıq etməlidir ki, kimliyinə baxmadan təxribatçını yerindəcə məhv edəcəyik. Biz bu addımları atmadıqca, ermənilərin ayağı yer alacaq. Bölgədə təxribatın genişlənməsi bizim marağımızda deyil. Biz məsələni həll etmişik, bundan sonra da prosesləri rəsmi qaydada davam etdirməyi düşünürük. Ermənistan təxribat törətmək istəyirsə, biz bunun cavabını vermək məcburiyyətindəyik”.

Deputat əlavə edib ki, indi təkcə Ermənistanın özündə yox, Qarabağın içərisində də xeyli erməni terrorçuları mövcuddur:

“Bu terrorçuları bir-bir dənləmək, aradan götürmək lazımdır. Başqa yol yoxdur. Ermənilərin Azərbaycanı təxribata çəkməyi daha çox bizim xeyrimizədir. Çünki biz həmin təxribatlara cavab verən tərəfik və indiki məqamda bu, bizim işimizə daha çox yarayır. Həmin terrorçular da dərhal məhv edilməlidir. Azərbaycan-Ermənistan sərhədində hansı postdan bizə atəş açıldısa, həmin postları da götürməliyik. Ötən gün Müdafiə Nazirliyinin hərbi qulluqçuları belə bir addım atdılar. Ermənilər bizə hansı bəhanə verirlərsə, ondan ağıllı formada istifadə etməliyik”.

Fazil Mustafanın sözlərinə görə, Şuşa yaxınlığında və Ermənistan-Azərbaycan sərhədində baş verən erməni təxribatlarının arxasında onların ağılsızlığı dayanır:

“Ermənistan çox yaxşı bilir ki, 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan hər hansı bir prosesi əngəlləmək düşüncəsində deyil. Rəsmi Bakı İrəvandan fərqli olaraq bütün şərtlərə əməl edir. Artıq Rusiyanın Qarabağa müvəqqəti yerləşdirilən sülhməramlıları da qəbul edir ki, bütün təxribatların və gərginliklərin arxasında ermənilər dayanır. Hətta bunu vurğulayırlar. Eyni zamanda Qarabağda Türkiyənin hərbi müşahidəçiləri var və təxribatların ermənilər tərəfindən törədilməsi faktından yayınmaq olmur. Təxribatın Azərbaycan tərəfindən törədilməsi ilə bağlı hər hansı bir sübut yoxdur. Deməli, bütün məsələlərdə bizim sağlam yanaşmamız var. Təxribatlar artıqca onun qarşısını almaq üçün Azərbaycanın qəti addımlar atmaq imkanları yaranır. Biz ötən ilin 27 sentyabrında bu addımları atdıq. Ona görə də baş verən addımlardan narahatlıq keçirməyə dəyməz. Bu cür təxribatların sayı müəyyən həddə çatanda biz başqa addımlar atmalıyıq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm