Dünən şəhid olan HƏRBÇİLƏRİMİZİN FOTOLARI
Bizi izləyin

Qarabağ

Dünən şəhid olan HƏRBÇİLƏRİMİZİN FOTOLARI

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbçisi şəhid olub.

Publika.az virtualaz.org-a istinadla xəbər verir ki, döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olan Elçin Əliyev əslən Şirvan şəhərinin Bayramlı qəsəbəsindəndir. Elçinin valideynləri Şirvanda yaşayır. Şəhid əsgər bu gün doğulub, böyüdüyü Şirvanda dəfn ediləcək.

Şəhid Elçin Əliyev

Əslən Göyçə mahalının Zod kəndindən olan Gəncə şəhər sakini Natiq Əliyev də dünən baş verən döyüşlərdə şəhid olub. N.Əliyevin azyaşlı qız övladı var.

Şəhid Natiq Əliyev

Leytenant Ümid Niftəliyev də döyüşlərdə qəhrəmancasına həyatını itirib. O, bu gün doğulduğu Naxçıvan MR Babək rayonu, Nehrəm kəndində dəfn olunacaq.

Şəhid Ümid Niftəliyev

Şəhid əsgər Elmin Samir oğlu Əlizadə isə əslən Ağdamlıdır. Sosial şəbəkələrdə verilən məlumata görə, şəhidimiz Ağdamdan məcburi köçkün düşmüş nənə-babasının yanında böyüyüb. O, Mingəçevir şəhərində dəfn ediləcək.

Şəhid Elmin Əlizadə

Digər şəhid Elçin Mərifət oğlu Ağayev əslən Cəlilabad rayonundandır.

Şəhid Elçin Ağayev

Daha bir şəhid Orxan Cabbarov həqiqi hərbi xidmət qulluqçusu olub, Quba rayonundan hərbi xidmətə çağırılmışdı...

Şəhid Orxan Cabbarov

Döyüşlərdə şəhid olan və adı Müdafiə Nazirliyi tərəfindən açıqlanan əsgər Murad Xəlilovun da fotosu artıq sosial şəbəkələrdə yayılıb.

Şəhid Murad Xəlilov

Xatırladaq ki, Ermənistanla dövlət sərhədinin Laçın-Kəlbəcər istiqamətində dünən günortadan başlayan və axşam saatlarına qədər davam edən şiddətli döyüşlərdə Azərbaycan ordusunun 7 hərbçisi şəhid olub, 10-u yaralanıb. Ermənistan ordusunun rəsmən açıqlandığı kimi, 13 hərbçisi əsir düşüb, 24-ü itkin düşmüş sayılır, 1 hərbçinin meyiti tapılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm