Paşinyanın masasındakı sənəd: İrəvan Qarabağla bağlı nə edəcək?
Bizi izləyin

Qarabağ

Paşinyanın masasındakı sənəd: İrəvan Qarabağla bağlı nə edəcək?

Ermənistanda müxalifət hökumət binasının önündə aksiya keçirir.

Publika.az
xəbər verir ki, “5165 hərəkatı”nın rəhbəri Karin Tonoyanın liderlik etdiyi aksiyada baş nazir Nikol Paşinyandan imzalayacağı sənədlərin məzmununu açıqlaması tələb olunur.

Etirazçılar bildirirlər ki, bu sənəddə Qarabağın Azərbaycanın ərazisi kimi tanınacağı yer alır:

“Nikol Paşinyan bildirir ki, “Azərbaycan və Ermənistan arasında demarkasiya və delimitasiya haqqında” sənəd onun masasındadır, mənmunu gizli saxlanılır. Məlumatlar var ki, Ermənistan üçün həyati əhəmiyyətli ərazilər, strateji yüksəkliklər və bölgələr Azərbaycana veriləcək, o cümlədən, Qarabağ Azərbaycanın ərazisi kimi tanınacaq. Bu sənədin məzmunu açıqlanmalıdır”, - aksiya iştirakçıları bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm