Bu, ordumuzun gücünü göstərir - Politoloq
Bizi izləyin

Qarabağ

Bu, ordumuzun gücünü göstərir - Politoloq

“10 noyabr sazişi ilə Ermənistan məğlub olduğunu qəbul etdi, Ağdam, Kəlbəcər, Laçın rayonlarından döyüşsüz çıxarıldı. Laçın rayonunun işğaldan azad olunması Azərbaycanın hərbi-siyasi uğurlarından biridir”.

Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq qeyd edib ki, Azərbaycan hər zaman çalışırdı ki, bu məsələlər sülh yolu ilə həll olunsun: “Ermənistan sülh tərəfdarı olmadığı üçün işğaçılıq siyasətinə davam edirdi. Onlar çalışırdılar ki, həmin ərazilərdə sədlər quraraq möhkəmlənsinlər. Ermənistan dünya birliyinə Azərbaycanı işğalçı dövlət kimi tanıtmağa çalışırdı, ancaq heç bir dövlət buna inanmadı. Bizim diplomatiyamız çox səlis bir şəkildə öz işini görürdü və biz artıq əks-hücum əməliyyatlarına başladıqda Ermənistan çox çaşqın vəziyyətə düşdü.”

Tofiq Abbasov vurğulayıb ki, Azərbaycan həm öz torpaqlarını düşməndən azad etdi, həm də dünya birliyinin rəyini qazanmağa müvəffəq oldu: “Ermənistan bizim hücumlarımız qarşısında diz çökdü. Laçın rayonunun işğaldan azad olunması ondan xəbər verdi ki, bütün bu proseslərin önündə Azərbaycanın güclü hərbi-siyasi strategiyası durur. Azərbaycan Ordusunun qarşısında dura bilməyən Ermənistan Ağdam, Kəlbəcər və Laçını tərk etdi. Rusiya dövləti də çalışırdı ki, bu prosesdə moderator rolunu oynasın. Biz müharibədən qalib çıxşmışıq və Ermənistana düşmənçiliyin bitməsini, bölgədə sülhün bərqərar olmasını təklif edirik. Onlar keçmişlə yaşamaqdan əl çəkməli və təxribat törətməməlidirlər. Bölgədə sülhün olması həm Ermənistana, həm də digər ölkələrə sərf edir. Azərbaycanın gözəl guşələrindən biri olan Laçının azad olunması ordumuzun gücünü göstərir. Biz artıq müharibəni geridə qoymuşuq və bölgədə əməkdaşlığın inkişaf etməsi üçün addımlar atırıq. Laçın rayonu bundan sonra da inkişaf edəcək və orada açılan hava limanı ilə turistləri özünə cəlb edəcək”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm