Ermənilər DETALLARI AÇDI: Azərbaycan Ordusu Qızılcığdan...
Bizi izləyin

Qarabağ

Ermənilər DETALLARI AÇDI: Azərbaycan Ordusu Qızılcığdan...

Ermənistan mediası Azərbaycan Ordusunun 16 noyabrda ermənilərdən təmizlədiyi və Qızılcığa (İşxanasar) vizual nəzarət imkanı verən mövqedən geri çəkildiyini yazmışdı. İddianın mənbəyi Qızılcığ kənd icmasının başçısı Marat Petrosyan idi.

Publika.az
xəbər verir ki, “Hraparak” nəşri bu iddianı araşdırıb.

Nəşr yazır ki, Sisianda hərbi hissədəki mənbələr məlumatı təsdiqləməyib: “Bildirdilər ki, Azərbaycan Ordusunun geri çəkildiyi təəssüratını yaradan hərəkətliyi ola bilər. Daha sonra Müdafiə nazirliyi məsələyə münasibət bildirdi və qeyd etdi ki, “baş verənlərlə bağlı məlumatlar icma rəhbərlərinə yox, rəsmi məlumatlara istinadən yayılmalıdır”. Beləliklə, nə təkzib, nə təsdiq etdi”.

Müdafiə nazirinin müavini Arman Sarkisyan da parlamentdə jurnalistlərin bu məsələyə ilə bağlı suallarını cavabsız qoyub.

“Müdafiə Nazirliyinin açıqlamasından sonra Sisian merinin səlahiyyətlərini icra edən Armen Hakobcanyan Qızılcığ kənd icması rəhbərinin sözlərini redaktə edərək, əslində “Azərbaycan ordusu geri çəkilmədi, sadəcə olaraq, toplanan qüvvələr və silah-sursatın sayı azaldılıb” açıqlamasını verdi.

Nəşr məsələni yenidən dəqiqləşdirmək üçün Qızılcığ kənd icmasının rəhbərini tapa bilməyib. Əvəzində Anqexakot icmasının rəhbəri Armen Markosyan danışıb. Bildirib ki, “Azərbaycan ordusunun mövqeyində hərəkətlilik 10-15 gün əvvəl müşahidə edilib, lakin dəqiq heç nə deyə bilmərəm”.

Qızılcığ kəndinin yaxınlığındakı Şəki kəndinin icma rəhbəri Vahan Qazaryan isə “geriçəkilmə” haqda məlumatı mediadan öyrəndiyini deyib.

“Mən də bu haqda eşitdim, amma dəqiq heç nə deyə bilmərəm”, - o bildirib.

Ermənistan parlamentinin deputatı, hərbi ekspert Tiqran Abramyan isə Azərbaycan Ordusunun geri çəkilməsini təsdiq edən rəsmi məlumatın olmadığını bildirib.

“İstisna deyil ki, Azərbaycan qoşunları qış vəziyyətinə görə elə mövqe seçirlər ki, təchizatda problemlər olmasın. Bu hallarda hərəkətlilik müşahidə edilə bilər və belə hallar “geriçəkilmə” təəssüratını yaradar”, - Abramyan bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm